Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirir

Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirGürcüstanın bütün bölgələri üzrə 6 mindən çox satış nöqtəsinə çatdırılma edilir
 
Veysəloğlu Şirkətlər Qrupu Gürcüstan bazarında müştəriləri stabil və davamlı yüksək keyfiyyətli məhsullarla təmin etmək üçün fəaliyyət göstərir.
 
Şirkət əsasən ərzaq məhsulları olmaqla gündəlik tələbat mallarının distribusiya fəaliyyətini həyata keçir.  Gürcüstanın bütün bölgələrini əhatə edən "Veyseloglu Georgia" (VG) şirkəti pərakəndə, topdan, horeka kanallarında xidmət göstərir və mövcud bütün market şəbəkələri ilə çalışır. "VG"nin paytaxt Tbilisi şəhəri ilə yanaşı, Qərb zonasını əhatə edən Kutaisi anbarı da fəaliyyət göstərir. 
 
"Hazırda Gürcüstan bazarında "VG"tərəfindən müxtəlif ölkələrdən 31 istehsalçı ilə əməkdaşlıq edilir və  400-ə yaxın məhsulun satışı həyata keçirilir. Şirkətlər Qrupumza daxil olan "Ulduz" Şokolad Fabrikinin istehsal etdiyi məhsullar əsas prioritet olanlar siyahısındadır", - deyə "Veyseloglu Georgia"nın Marketinq departamentinin rəhbəri Mirzəbəy Əbilov məlumat verib.

"VG" profilinə Rusiya, Türkiyə, Polşa, Latviya, Litva, Hindistan və Gürcüstanın yerli brendləri də daxildir.  Ölkənin ən böyük ticarət şəbəkələri olan "Carrefour", "Spar", "Magnit", "Ori Nabiji" "Nikora", "Libre", "İoli" və digər şəbəkələrlə ilə əməkdaşlıq edilir.

Qeyd edilib ki, şirkətin Gürcüstanın bölgələrində ofisləri xidmət göstərir. 28 yük nəqliyyat vasitəsi ilə bütün sifarişlərin 24 saat ərzində müştərilərə vaxtında çatdırılması təmin edilir.
 
Mirzəbəy Əbilov onu da əlavə edib ki, VG, Şirkətlər Qrupunun dəyərlərinə əsaslanan fəaliyyəti nəticəsində, yerli əhali və eləcə də Gürcüstanda yaşayan bir çox soydaşlarımız üçün stabil, etibarlı iş yerləri açır.
 
2022 -ci ilin nəticələrinə görə, "Veyseloglu Georgia" bazarda qastronom məhsullarında 1.5%, şirniyyat məhsullarında 2.2% faizlik paya sahib olub.
 
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsində qaliblərdən biri elan edilib.
 


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 995   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi

18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Səmanın ritmi" musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyin

18 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini

18 sentyabr