Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilibOktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclasda 30 il əvvəl – 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin Azərbaycan xalqının həyatında əlamətdar tarix olduğu bildirilib və bununla da ölkəmizin bugünkü uğurlarının təməllərinin qoyulduğu vurğulanıb.

Sonra komitə sədri Tahir Mirkişili iclasın gündəliyini təqdim edib. Bildirib ki, gündəliyə 2 məsələ daxil edilib və birinci məsələ "Dövlət ehtiyatları haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.

Tahir Mirkişili qeyd edib ki, sön illər dünyada baş verən kataklizmlər iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təminatı üçün dövlətin əlavə funksiyaları üzərinə götürmək zərurətini yaradıb. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini üçün dövlət ehtiyatlarının və ərzaq balansının yaradılması istiqamətində atılan mühüm addımlardan söz açan komitə sədri 4 fəsil 14 maddədən ibarət yeni qanun layihəsində dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələrin təsbit olunduğunu vurğulayıb. Komitə sədri qanun layihəsi ilə bağlı daha ətraflı məlumat vermək üçün Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqova söz verib.

Agentliyin sədri Səbuhi Sadıqov əvvəlcə dövlət ehtiyatları sahəsində mövcud qanunvericilik, dövlət ehtiyatları sahəsində effektiv tənzimləmə sisteminin təmin edilməsi üzrə dövlət başçısı tərəfindən verilən tapşırıqlar və atılan addımlar barədə məlumat verib. O, müzakirəyə çıxarılan qanun layihəsinin ölkəmizdə dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi aktın, bu sahə üzrə vahid konseptual yanaşmanın qəbul olunması zərurətindən irəli gələrək hazırlandığını bildirib. Layihənin ümumi strategiyasından bəhs edən agentlik sədri sənəddə dövlət ehtiyatlarının strateji, fövqəladə və səfərbərlik olaraq 3 bloka bölündüyünü bildirib, onların əhatə dairəsi, strukturu barədə danışıb. O, deputatlara, dövlət ehtiyatlarının təyinatı və layihədə təsbit olunan digər tənzimləmə mexanizmləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi dövlət ehtiyatlarının dayanıqlılığını və onlardan düzgün istifadəni təmin etməkdir.

Layihənin müzakirəsində komitə sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Mahir Abbaszadə, Vüqar Bayramov, İqbal Məmmədov və Aydın Hüseynov çıxış ediblər. Deputatlar sənəddə nəzərdə tutulan dövlət-özəl sektor əməkdaşlığının mexanizmləri, dövlət ehtiyatlarının hüquqi statusu, strukturu və dinamikası, yerli məhsulların tədarük şərtləri və qiymətləri kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Deputatların suallarına və qaldırdıqları məsələlərə agentliyin sədri Səbuhi Sadıqov aydınlıq gətirəndən sonra "Dövlət ehtiyatları haqqında" qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra millət vəkilləri "Dövlət ehtiyatları haqqında" qanun layihəsinə uyğunlaşdırma məqsədi ilə hazırlanan "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də nəzərdən keçirərək birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Elnur Allahverdiyev, Rüfət Quliyev, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilibMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilibMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 942   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr