"4 oktyabr tarixində rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi"-Kamilə Əliyeva

"4 oktyabr tarixində rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi"-Kamilə Əliyeva"4 oktyabr tarixində rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi. Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, cənab İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırması böyük tarixi və siyasi əhəmiyyət kəsb etdi:

"Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda rayon yeraltı, yerüstü sərvətlərlə zəngindir. Cəbrayıl rayonu sement, mərmər, mişar daşı və bir çox tikinti materialları ilə çox zəngindir. Cəbrayıl rayonunun torpağı olduqca münbit olduğundan əhali üzümçülük, baramaçılıq, heyvandarlıq ilə məşğul olublar. İşğaldan əvvəl Cəbrayıl rayonunun əhalisi 52 min nəfər olub.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunu işğal etdilər. Cəbrayıllılar Azərbaycan əsgərləri ilə birlikdə öz ata yurdları uğrunda mərdliklə vuruşdular. 362 şəhid, 191 nəfər əlil oldu, 6 nəfər cəbrayıllı Milli Qəhrəman adına layiq görüldü. Məcburi köçkün düşən cəbrayıllılar respublikamızın 58 rayonunda məskunlaşdırıldı. Hər birimiz kimi cəbrayıllılar da inanırdılar ki, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək.
Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını alaraq 27 sentyabr 2020-ci ildə əks hücum əməliyyatlarına başladı. Vətən müharibəsi kimi tarixə düşən bu savaşın elə ilk günündən Azərbaycan oğulları böyük igidlik, qəhrəmanlıq göstərdilər. Müharibənin ilk günü - 27 sentyabr tarixində ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda 5 kəndi işğaldan azad etdi. 4 oktyabr tarixində rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi. Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi.
2020-ci il noyabrın 20-də " Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu "Cəbrayılın işğaldan azad olunmasına" görə medalı ilə təltif edilmişdir.
Ölkəmizin başçısı cənab İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırması böyük tarixi və siyasi əhəmiyyət kəsb etdi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi. Cəbrayılın işğaldan azad edilməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Ordumuz Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərini işğaldan azad etdi və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədi. Üstəlik Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Artıq Cəbrayıl rayonunda böyük quruculuq işləri davam etdirilir. Müasir standartlara cavab verən 4-5 zolaqdan ibarət yollar çəkilir. Böyük infrastruktur layihələr həyata keçirilir. "Araz Vadisi İqtisadi Zonası"-nın yaradılması Cəbrayıl rayonu ilə yanaşı regionun inkişafı üçün çox önəmli hadisədir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günü təsis edilmişdir. Həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilib. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev 7 dəfə Cəbrayıl rayonuna səfər edib. Ölkə başçımız bu səfərlər zamanı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib.Artıq cəbrayıllılar daha gözəl, müasir Cəbrayıla, öz ata yurdlarına dönürlər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1066   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr