Azərbaycanda "Tiktok" nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA
Sentyabrın 19-dan etibarən Azərbaycanda "Tiktok"a giriş məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.
Yaranmış vəziyyət ölkəmizdə on minlərlə "Tiktok" istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik.
Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:
"Hazırda "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycanda "Tiktok"a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb.
"Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə "TikTok" platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır"- deyə Pərdəşünas məlumatda qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4298 Tarix: 04 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın bir sıra rayonlarına qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərd
22 fevralİstirahət günü yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ
Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşama doğr
21 fevralMilli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarında dəyişiklik layihəsi daxil olmaqla ümumilikdə, 10 məsələ var. İclasa spiker Sahibə Qafarov
24 fevralNə dana, nə quzu əti - Ən yaxşısı budur
Sağlam qidalanma axtarışında olan istehlakçılar üçün sürpriz bir nəticə ortaya çıxıb. Məlum olub ki, insan sağlamlığı üçün dana və quzu ətindən daha faydalı ət var. xəbər verir ki, avropalı aimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, ən çox istifadə olunan dana və quzu əti ilə müqayisəd
22 fevralBu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
23 fevralMay ayında nəqliyyat PULSUZ OLACAQ - Bu şəxslərə
Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq. "Report"a istinadən xəbər verir ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroport
22 fevral"İstanbul NS" klinikası 20 min manat cərimələndi
"İstanbul NS" klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib. "Teleqraf"a istinadla xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin fəaliyyətə cəlb edildiyi müəyyənləşib. Bu səbəbdən klinika İnzibati Xətala
23 fevral