Zaxarova: "Bizdə məlumat var ki, Qarabağı tərk edən erməniəsilli sakinlərin bəziləri qayıtmaq istəyirlər"
"Rusiyaya məlumat daxil olur ki, Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş erməniəsilli sakinlərin bir qismi geri qayıtmağı planlaşdırırlar, Moskva bu prosesə dəstək verəcək".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
"Bizə daxil olan məlumatlara görə, Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş erməniəsilli sakinlərin bir qismi geri qayıtmaq niyyətindədir. Əgər buna şərait yaradılarsa və onların təhlükəsizliyi təmin olunarsa, onlar bunu edə bilərlər", - deyə Zaxarova bildirib.
O əlavə edib ki, belə olduğu halda Rusiya Azərbaycan tərəfi ilə təmaslar zamanı bu proseslərə köməklik göstərəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror tədbirləri həyata keçirildikdən sonra bölgəni tərk etmiş Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinləri öz evlərinə qayıda bilərlər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3660 Tarix: 04 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr