Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTO

Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOAzərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçi Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, mərasimdə yaylım atəşi açılıb, daha sonra şəhid Lənkəran rayonunun Veravul kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmilərlə yanaşı, rayon sakinləri, qazilər, müharibə iştirakçıları və şəhidin doğmaları iştirak ediblər.

Bildirilib ki, Y.Xəlilov həm də 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və yaralanıb.

Mərasimdə şəhidlərimizin qanının yerdə qalmadığı, bu günə qədər xalqımıza qarşı mənfur düşmənin törətdiyi heç bir cinayətin cavabsız qalmayacağı, hər bir caninin haqq etdiyi cəzasını alacağına əminlik qeyd edilib.

Şəhidin tabutuna bükülən Dövlət Bayrağı onun ailə üzvlərinə təqdim olunub.

***10:07

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Yusif Məmmədrza oğlu Xəlilovla Lənkəran rayonunda vida mərasimi keçirilib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), tank komandiri gizir Y.Xəlilovun cənazəsi doğulduğu Veravul kəndinə gətirilib.

Şəhidin doğulduğu evdə onunla vida mərasimi keçirilib.

Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Üçrəngli bayrağa bükülən tabutu önündə şəhidin ruhuna duallar oxunub.

Qeyd edək ki, şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulub. 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Birgünlük antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biridir.

O, ailəlidir, iki qız övladı var.

Xatırladaq ki, sentybarın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub.
Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTOŞəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2073   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr