Marketlərdə zeytun tapılmır... - Qıtlığın yaranmasına səbəb nədir?
Son günlərdə hipermarketlər də daxil olmaqla, ərzaq dükanlarında yağlı zeytun qıtlığı yaşanır. Sahibkarlar bildiriblər ki, sifariş verilsə də, hələ də ölkəyə yağlı zeytun idxal edilmir.
Sonxeber.az-ın məlumatına görə, kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəsirli bizim.media-ya açıqlamasında bildirib ki, ölkədə zeytun bağları çox olsa da, bu meyvə Azərbaycana əsasən xaricdən idxal olunur:
"Ümumiyyətlə, Azərbaycanda, Bakıda, Abşeron yarımadasında zeytun bağlarını görürük və elə bilirik ki, Azərbaycanda çoxlu zeytun yetişir. Əslində, ölkəmizdə zeytuna tələbat da, istehsal da o qədər böyük deyil.
Məsələn, zeytun yağı istehsal etmək üçün xammalı yerli məhsul hesabına ödəyəsi olsaq, Azərbaycan bir aylıq tələbatını ödəyəcək qədər xammal tapa bilmərik. Yəni biz kifayət qədər az zeytun istehsal edirik. Ona görə də zeytun və zeytun yağı xaricdən idxal olunur".
Ekspert bildirib ki, dünyada zeytun istehsalı üzrə liderlər İspaniya, İtaliya və Tunisdir:
"Türkiyə də zeytun istehsalında ilk onluğa düşür, amma bu üç ölkə qədər məhsul istehsal edə bilmir. Biz zeytunu əsasən Türkiyədən, bəzi hallarda isə İspaniyadan idxal edirik. Düşünürəm ki, dünyada zeytun ehtiyatı tükənib. Bilirsiniz ki, artıq zeytunun yetişmə mövsümü yaxınlaşır. Yəni indiyə qədər istifadə edilən zeytun ötən ilin istehsalıdır. Deməli, bir illik bütün ehtiyatlar tükənir.
Çox güman ki, ehtiyatların tükənməsi səbəbindən də müxtəlif çeşidli zeytun qıtlığı yaranır və bu, bazarlarda hiss edilir. Yəni mövsümün başlanmasına az qalıb. Artıq bir neçə həftədən sonra yığıma başlanılacaq, yəni yağlı zeytun mövsümün əvvəlində deyil, sonunda yığılır.
Çünki zeytun tam yetişkənlik fazasına çatdıqdan sonra yığılır. Əgər Türkiyədən başqa regionlardan idxala baş vurulmasa, hesab edirəm ki, 1-2 ay yağlı zeytun qıtlığı ilə yaşamalı olacağıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1512 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabr