Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO VİDEO

Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO VİDEOQarabağ müharibəsi zamanı ermənilərə qarşı 5 gün təkbaşına döyüşən, 1992-ci ildə əsir götürülən azərbaycanlı döyüşçü Natiq Qasımovun dindirilməsi zamanı çəkilən fotolar yayılıb.

İtaliyalı hərbi fotoqrafın çəkdiyi fotolarda azərbaycanlı döyüşçünün dindirilməsinin Xocalı qatili Vitali Balasanyan tərəfindən aparıldığı görünür. Vitali Balasanyanın həbs olunması təqdirdə,bu barədə basqa məlumat əldə oluna bilər mi? Eləcə də Natiq Qasımova Milli qəhrəman adı verilə bilər mi?
Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO VİDEOMəsələ ilə bağlı politoloq Tural İsmayılov BiG.AZ-a açıqlama verib.

"Gəncliyində azərbaycanlılarla bir böyüyüb və bizim tərəfdən hər zaman dost münasibəti görən, Vitali Balasanyan I Qarabağ müharibəsində tərrorçuluq ilə ad çıxarmış adamdır. Erməni faşizminin, irqçiliyinin ən bariz nümayəndələrindən biridir. Azərbaycanlı əsirlərə işgəncələr verən, Balasanyanın qəddarlığını həmin dövrün canlı şahidləri tərəfindən faktlarla sübut edilmişdir.

I Qarabağ müharibəsi dövrünün canlı şahidləri, əsirlikdən qayıtmış şəxslərin anlatlıqlarıda göstərir ki, Vitali Balasanyanın törətdiyi cinayətlər, təkcə Azərbaycan qanunvericiliyi ilə deyil, beynəlxaq hüquq normalarını əndazəsini aşmaqdır. O, qlobal hüquqi sistem qarşısında cavab verməlidir.
Vitali Balasanyan həbs olunarsa, onun azərbaycanlı əsirlərə verdiyi işkəncələri, qeyri-qanuni zülmləri aydınlanacaq.
Eyni zamanda Balasanyanın həbsi Natiq Qasımovla bağlı həqiqətlər üzə çıxacaq. Natiq Qasımov I Qarabağ müharibəsində öz qəhrəmanlığı ilə ad çıxarmış igid oğullarımızdan biridir. O təkcə qəhrəmanlıq göstərməyib, insanların xilas etmək üçün, öz canını fəda edib. Hesab edirəm ki, ictimaiyyətin Natiq Qasımovun milli qəhrəman adlandırılması ilə bağlı təkliflərin səsləndiriləsi normaldır. Bununlada bağlı ən son qərarı dövlət rəhbərliyi verəcək".
Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO VİDEOXatırladaq ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olan Natiq Qasımovun ailəsi 1975-ci ildən Mingəçevirə köçüb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.

23 nəfər Xocalı sakinini xilas etmək üçün düşmənə təslim olan Natiq Qasımov haqqında"Oğul" sənədli filmi çəkilib. Ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.
Qeyd edək ki, filmdə Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra "doğranıldığı" – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var.
Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO VİDEOXocalı qatili Vitali Balasanyan
Hamı ondan danışır: Bayrağı düşmənə verməyən oğlan, Vitali Balasanyanın əsir götürdüyü Natiq Qasımov - FOTO VİDEO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4388   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr