"Dünya ictimaiyyəti şahid oldu ki, azərbaycanlılar yüksək mədəniyyətə sahib, humanist və sülhsevər xalqdır" - Kamilə Əliyeva

"Dünya ictimaiyyəti şahid oldu ki, azərbaycanlılar yüksək mədəniyyətə sahib, humanist və sülhsevər xalqdır" - Kamilə Əliyeva"Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq tədbirlərin işğaldan azad edilmiş ərazilərimizdə keçirilməsi ölkəmiz üçün çox önəmli addımdır. Xarici qonaqlar işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər nəticəsində şəhər və kəndlərimizin viran qoyulmasının, eləcə də müharibədən sonra Azərbaycan dövlətinin qısa müddətdə bu əraziləri müasir formada yenidən qurmasının şahidi olurlar".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur və inkişaf etdirir. 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi Forumun Zəngilanda keçirilməsi təsadüfi seçilməmişdir:

"Zəngilanda " Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizlik lə mübarizə aparan qüvvəsi kimi" mövzusunda ikinci Milli Şəhərsalma Forumunun açılışında çıxış edən Prezident cənab İlham Əliyev müharibədən sonra Azərbaycan dövlətinin işğaldan azad edilmiş şəhər və kəndlərimizdə həyata keçirdiyi yenidənqurma prosesindən, buraya köçürülən keçmiş məcburi köçkünlərin rahat yaşamaları və fəaliyyət göstərmələri üçün yaradılan şəraitdən, eləcə də işğal dövründə və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistan rəhbərliyinin sərgilədiyi qeyri konstruktiv mövqe haqqında iştirakçılara məlumat verdi. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur və inkişaf etdirir. 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi Forumun Zəngilanda keçirilməsi təsadüfi seçilməmişdir. Zəngilan işğaldan azad edilmiş ilk rayonumuzdur. Rayonun Ağalı "ağıllı kənd"inin sakinləri artıq öz doğma evlərində yaşayırlar. Zəngilan şəhəri və kəndlərində bu gün də böyük quruculuq işləri sürətlə davam etdirilir. Zəngilan şəhərinin Baş Planı Prezident cənab İlham Əliyev tərəfindən təsdiqlənmişdir və 2025-ci ilə qədər şəhər sakinlərinin öz evlərinə dönməsi reallaşacaq.
Zəngilan coğrafi cəhətdən də çox əhəmiyyətli bir ərazidə və nəqliyyat dəhlizi üzərində yerləşir. Ölkə başçımızın təşəbbüsü ilə tikilən Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafına da böyük töhfə verəcək. Zəngilanın gözəl təbiəti vardır ki, gələcəkdə bu ərazilərə böyük turizm axını gözlənilir. Şəhər infrastrukturu ilə yanaşı Zəngilanda kənd təsərrüfatına aid böyük layihələr də həyata keçirilir. Azərbaycan və Türkiyənin Zəngilanda birlikdə həyata keçirdiyi "Dost Aqropark" layihəsi gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə böyük töhfə verəcək.
Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru öz gücünə yenidən bərpa edir. Müharibə bitdikdən bu günə qədər büdcədən bərpa işlərinə 7 milyard ABŞ dolları həcmində vəsait ayrılmışdır. Gələn il də ən azı 2,5 milyard ABŞ dolları həcmində vəsait ayrılması nəzərdə tutulmuşdur. Bu bir daha Azərbaycanın iqtisadi cəhətdən güclü bir dövlət olmasının nümunəsidir".

Kamilə Əliyeva əlavə edib ki, Azərbaycan dövləti tərəfindən Qarabağdakı ermənilərin öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamağı təmin ediləcək:

"Prezident cənab İlham Əliyev çıxışında 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını və sonda Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun hərbi və siyasi yolla öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi barədə də ətraflı məlumat verdi.
2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ da bərpa etdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdidlər törədirdi. Ermənistan rəhbərliyi Laçın yolu vasitəsilə Qarabağa silahlı dəstələr göndərir, buradakı separatçı qüvvələri silah və sursatla təmin edirdi. 2023- cü ildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Lakin Ermənistana və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr mülki şəxslərimizə və hərbiçilərimizə qarşı terror aktı törətməyə başladılar. Bu səbəbdən Azərbaycan Ordusu sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata кеçirməyə başladı. 24 saat ərzində Ermənistanın və separatçıların hərbi texnikaları məhv edildi və separatçılar təslim oldular.
Sentyabrın 20-də Azərbaycan Qarabağda öz suverenliyini tam bərpa etdi. Qərbdəki bəzi ölkələr, xüsusən Fransa Qarabağda yaşayan ermənilərin təhlükəsizliklərinin guya qorunmaması barədə Azərbaycana qarşı yalan və iftira dolu böhtanlar atmağa başladılar. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan erməniəsilli sakinlər Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi Azərbaycan qanunları ilə qorunacaq və rahat firavan yaşamaları üçün hər cür şərait yaradılacaq. Bu gün Qarabağdakı erməni sakinlərə ərzaq, qeyri-ərzaq və yanacaqdan ibarət humanitar yardımlar göndərilir. Qarabağdakı erməni sakinlərinin tibbi müayinədən keçmələri, sağlamlıqları üçün həkim briqadaları da bu əraziyə göndərilib. Azərbaycan dövləti tərəfindən Qarabağdakı ermənilərin öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamağı təmin ediləcək.
Bu gün dünya ictimaiyyəti bir daha şahid oldu ki, azərbaycanlılar yüksək mədəniyyətə sahib, humanist və sülhsevər xalqdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 907   Tarix: 06 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr