Sosial şəbəkələrdə Prezidentin adından yayılmış videomüraciət saxtadır - BİRGƏ AÇIQLAMA
"Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət "deepfake" texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır".
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə açıqlamasında bildirilib.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
"Deepfake" texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması və yayılması halı 44 günlük Vətən müharibəsi dövründə də müəyyən edilərək qarşısı alınıb və hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən "deepfake"lərə qarşı müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılmaqdadır.
Qeyd olunan saxta və yalan videomüraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - açıqlamada qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Bu ölkəyə getmək üçün viza lazım olmayacaq
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Cenifer Lopes bu kostyumu ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Unikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO
Bulvarda yeni xidmət: Elektrik mühərrikli retro faytonlar istifadəyə verildi