Azərbaycan QHT-ləri İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı bəyanat yayıblar

Azərbaycan QHT-ləri İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı bəyanat yayıblarAzərbaycanın qeyri-hökumət təşkilatları (QHT) İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Sonxeber.az bəyanatı təqdim edir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.

Bu gün Azərbaycan həm də vətəndaş cəmiyyətinin güclü olduğu ölkədir, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün ötən onilliklər ərzində zəngin qanunvericilik bazası, əlverişli mühit formalaşıb, bu sektorun inkişafı üçün mühüm qərarlar qəbul olunub.

Müstəqilliyimizin bərpasının ilk illərində qeyri-hökumət təşkilatlarının təşəkkülü sistemliliyin olmaması və pərakəndəliklə müşayiət olunurdu. Ümummilli lider Heydər Əliyev dövlət tərəfindən vətəndaş cəmiyyətinə münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesini uğurla apardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra qeyri-hökumət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda, fəaliyyət növləri üzrə diferensiasiyası başladı. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni Qanun qəbul edildi.

Ulu öndər Heydər Əliyevin siyasəti qeyri-hökumət təşkilatlarını vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevirdi, dövlət orqanları ilə QHT-lərin bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı təşviq edildi.

2003-cü ildə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu.

Prezident İlham Əliyev qısa müddətdə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasını təsdiq etdi. Bu Konsepsiya dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərini xeyli təkmilləşdirdi və genişləndirdi. Bundan sonra qanunçuluq, tərəfdaşlıq, şəffaflıq, uzlaşdırma və məsuliyyət qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin beş əsas prinsipi kimi müəyyən edildi.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə artıq ixtisaslaşmış milli donor institutu təsis edildi. Sonrakı illərdə tədricən QHT-lərə qrant verə bilən dövlət qurumlarının sayı artırılaraq 14-ə çatdırıldı.

Prezident İlham Əliyev 2013-cü ildə vətəndaş cəmiyyət institutlarının dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, qərarların qəbulunda iştirakını fəallaşdırmaq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirmək üçün "İctimai iştirakçılıq haqqında" Qanun qəbul etdi. İctimai Şuraların formalaşdırılması QHT-lərin dövlət siyasətində iştirakının institusional mexanizmini yaratdı.

Prezident İlham Əliyevin QHT-ləri dövlət proqramlarında və milli fəaliyyət planlarında əsas tərəfdaşlar kimi görməsi vətəndaş cəmiyyəti təsisatlarına olan etimadın növbəti nümunəsidir. Bu strateji inklüzivlik QHT-lərin rolunu gücləndirməklə yanaşı, onların bacarıqlarına olan ictimai inamı da artırdı. QHT-lərin dövlət qurumları ilə kommunikasiyaları gücləndi və müxtəlif sahələrdə siyasətin işlənib-hazırlanmasına töhfə vermək imkanları genişləndi.

2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi.

Postmüharibə dövrü vətəndaş cəmiyyəti qarşısında da yeni məqsəd və vəzifələr müəyyənləşdirdi.

2021-ci ilin aprelində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi sahəsində daha bir addım oldu. Agentlik müsabiqələr yolu ilə QHT layihələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, ictimai iştirakçılıq, ictimai nəzarət mexanizmlərinin, imkanlarının yaradılması, QHT-lərə təlim, metodiki dəstək verilməsi, özəl sektorla əməkdaşlığın təşviqi və digər vasitələr, alətlərlə QHT-lərin inkişafını dəstəkləyir.

Ötən 20 illik dövr bir daha göstərdi ki, Prezident İlham Əliyev vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün aydın proqrama malikdir, QHT-lərin cəmiyyət və dövlət həyatında fəal iştirakının təmin edilməsi, dövlət və ictimai maraqların qorunmasında rolunun gücləndirilməsi əsas məqsədlərdən biridir və bu istiqamətdə ardıcıl siyasət aparılır. Əgər 2003-cü ildə ölkədə QHT-lərin sayı təxminən 1 500 idisə, ötən dövr ərzində bu rəqəm iki dəfədən çox artaraq 3 700-ü keçib.

Yaradılmış əlverişli mühit nəticəsində Azərbaycanda artıq elə bir vətəndaş cəmiyyəti formalaşıb ki, regional proseslərə istiqamət vermək qabiliyyətindədir. Şuşa-Xankəndi yolundakı aksiya bunun bariz nümunələrindən biridir.

Artıq Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin edilmiş bir dövlətdir.

2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Prezident İlham Əliyev Azərbaycan xalqını və cəmiyyətini arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətlərə imza atılıb. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.

Biz, qalib ölkənin qalib vətəndaşları, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri kimi Sizinlə fəxr edirik, cənab Prezident!

Azərbaycan vətəndaş cəmiyyəti bundan sonra da dövlətimizin milli maraqlarının keşiyində dayanacaq, bu yolda bütün imkanlarını səfərbər edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1064   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr