Mətbuat Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Mətbuat Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıbMətbuat Şurasının İdarə Heyəti Prezident İlham Əliyevə Azərbaycanın dövlət başçısı seçilməsinin iyirmi illiyi ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.

Möhtərəm cənab Prezident!

Sizin ölkəmizə rəhbərliyinizin 20 ili tamam olur.

Siz ötən iyirmi ildə hər bir azərbaycanlının Prezidenti, lideri olmağı bacarmış dövlət başçısısınız. Bu, yalnız sözdə ifadə olunan deyim yox, mütləq gerçəklik, danılmaz reallıqdır. Elə bir reallıq ki, özündə canlı tarixi yaşadır. Sizin sayənizdə ölkəmizin son iyirmi ili hər bir vətəndaşın, qəlbi Azərbaycan sevdası ilə döyünən hər bir şəxsin düşüncəsində böyük və şanlı tarixdir. Bu tarixi yaradan Siz olmusunuz!

Azərbaycanın bütün sahələrdə tərəqqisi və dinamik inkişafı, dünya dövlətləri sırasında özünə layiqli yer tutması fədakar əməyinizin qürur dolu məhsuludur. Cəmiyyətimizin bütün təbəqələrinin təmsilçiləri kimi, media nümayəndələri də bu qüruru və fəxarət hissini yaşayırlar. Prinsipial və qətiyyətli mövqeyinizin böyük Azərbaycan davası naminə olduğunu görmək və duymaq bizi bəxtiyar edir. Dövlətimizin mövqeyini, Prezident və Ali Baş Komandan kimi fikirlərinizi son dərəcə səlis şəkildə bəyan etməklə, bütövlükdə siyasi nitqin, ictimai-publisistik üslubun mükəmməl örnəyinə imza atmısınız. Qəlbimizi Sizə olan dərin rəğbət hissi ilə dolub-daşdıran həm də budur.

Jurnalistikaya diqqətiniz, peşənin nüfuzunun yüksəldilməsinə həssas yanaşmağınız, onun ölkəmizin həqiqətlərinin təbliği istiqamətindəki missiyasına verdiyiniz dəyər yüksək qədirbilənlik nümunəsidir. Dövlət idarəçiliyində, beynəlxalq münasibətlərdə, milli mənafe naminə mübarizədə medianın rolunu, jurnalistlərlə məqsədyönlü ünsiyyətin nə dərəcədə yüksək önəm daşıdığını bütün aydınlığı ilə nümayiş etdirmisiniz. Ona görə media ilə bağlı çıxışlarınızda səsləndirdiyiniz hər bir fikri sahənin daha da inkişafına yönələn yol xəritəsi kimi qəbul edirik. Media və mətbuata göstərdiyiniz həssas münasibət jurnalistlərlə işgüzar təmaslara verdiyiniz önəm bu il Milli Mətbuat Günündə müqəddəs, əziz Şuşamızda gerçəkləşən Beynəlxalq Media Forumunda da örnək sayılacaq təcəssümünü tapdı.

Siz jurnalist əməyinə dövlət səviyyəsində ali qiymət verilməsini ənənə halına gətirən, jurnalistikamızın potensialını dövlətimizin və cəmiyyətimizin maraq və mənafelərinin qorunmasına səfərbər edən mükəmməl institusional baza yaratmısınız. Həyata keçirdiyiniz islahatlar nəticəsində bu gün peşəmiz təşkilatlanmış struktura malikdir. Sərəncamınız əsasında yaradılmış Medianın İnkişafı Agentliyinin reallaşdırdığı fəaliyyət, beynəlxalq standartlara cavab verən "Media haqqında" Qanunun qəbulu sahəyə fundamental yanaşmanı ortaya qoymaqdadır. Bütün bunlar isə qarşımızda yeni vəzifələr müəyyənləşdirməkdədir. Çalışacağıq ki, etimadınızı gözləntiləriniz səviyyəsində doğruldaq. Əlbəttə, onu da yaxşı dərk edirik ki, Sizin kimi, sözün əsl mənasında, dünya miqyaslı dövlət adamının etimadını doğrultmaq son dərəcə müstəsna məsuliyyətdir.

Möhtərəm cənab Prezident!

Siz həm dahi siyasi xadim, böyük hərbi strateq, həm də informasiya cəbhəsində, media-mətbuat müstəvisində haqlı savaş aparmağın ustası olaraq təkrarsız nümunələr göstərdiniz. Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına, tanınmış jurnalistlərə müsahibələriniz, televiziya ilə çıxışlarınız xalqımıza və ordumuza döyüş ruhu, möcüzəvi qələbə əzmi aşılamaqla yanaşı, istər siyasi xadimlərə, istərsə də media nümayəndələrinə əsl ustad dərsləri kimi tarixə həkk olundu. Gərgin əməyinizin nəticəsi gözlərimiz önündədir.

Bu gün Siz xəyalların gerçəkləşdiyi böyük Azərbaycana rəhbərlik edirsiniz. Ötən iyirmi ildəki arzu və ideyalarda başlıca xətti isə Qarabağ amalı təşkil edib. Əminliklə deyə bilərik ki, liderlik keyfiyyətləriniz bu amalı vahid hərəkat halına gətirdi. Elə bir hərəkat ki, xalqımızı xoşbəxtlik, Sizi müzəffərlik məqamına ucaltdı. Bu gün əminliklə onu da deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun başladığı Qarabağ davası müasir liderlik xarakterinizdən irəli gələn xüsusiyyətlər nəticəsində məntiqi sonluğuna – Zəfərinə qovuşub. Bu səbəbdən Sizə dövlət başçısı kimi fəaliyyətinizin iyirmi illiyi ilə bağlı ürəkdən gələn düşüncələrimizi çatdırarkən Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsi, dövlətimizin suverenliyinin bütün ərazilərimizdə bərpası münasibətilə dərin təşəkkürümüzü də bildirməyi özümüzə borc sayırıq.

Möhtərəm cənab Prezident!

Ölkəmizə rəhbərliyiniz dövründə millətimizə nəhayətsiz sevinc və qürur hissləri yaşatdığınız üçün Sizə Azərbaycanın çoxminli jurnalistlər ordusu adından sonsuz minnətdarlığımızı çatdırır və qarşıdan gələn dövrdə Sizin rəhbərliyiniz ilə xalqımızın daha böyük nailiyyətlər əldə edəcəyinə, dövlətimizin şanlı qələbələr qazanacağınıza əmin olduğumuzu bildiririk.

Tanrı Sizi qorusun!

Tanrı Vətənimizi qorusun!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 628   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr