İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib - FOTO
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib.
Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir.
Ersin Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, həmçinin, Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.



Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 626 Tarix: 14 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis
29 avqust 2021Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu
2 sentyabr 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür
Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa
15 sentyabr 2021Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab
4 sentyabr 2021