Sovetin ən məşhur "Əyyaş"ı, Şurikin "Axmağ"ı Yuri Nikulin - VİDEO
Yuri Vladimiroviç Nikulin 18 dekabr 1921-ci ildə Rusiyada, Smolensk vilayətinin Demidov şəhərində dünyaya gəlib.
Nikulin bütün həyatı sənətə bağlı olan, çox sevilən aktyor idi. O, gəncliyində belə bir seçim etdi - Qırmızı Orduda xidmət etdikdən sonra əyalət dram teatrında işləməyə başladı. Onun bu seçimində valideynlərinin böyük rolu olub.
Aktyorun anası teatr aktrisası, atası isə teatr sahəsində təşkilatçılıq fəaliyyəti ilə məşğul olub, teatr nömrələri yazıb. Uşaqlıqda Nikulinin bir arzusu var idi - insanları güldürmək, buna görə də sonradan sirk klounu oldu. O, ilk dəfə 5 yaşında ikən sirkə gedib. Orada baş verən hər şey Nikulini o qədər heyrətləndirirdi ki, o, nəyin bahasına olursa-olsun, kloun olmağa qərar verdi. Moskvanın Tsvetnoy bulvarındakı sirkdə 50 il işlədi.
Yuri Nikulin kloun olmaqla yanaşı, aktyor, teleaparıcı və sirk rejissoru idi. Gənc yaşlarından Yuri Vladimiroviç lətifələr kolleksiyası yığır, onları ayrıca qalın dəftərə yazırdı. Çoxunu əzbərləmişdi və bir dəfə hərbi xidmətdə olarkən bunun sayəsində mərcdə on qutu siqaret udmuşdu. 1946-cı ildə, İkinci Dünya müharibəsindən sonra 25 yaşlı Yuri Kinematoqrafiya İnstitutuna daxil olmağa çalışdı, lakin aktyorluq qabiliyyətinin olmadığını deyərək onu imtahanların ikinci mərhələsindən çıxardılar.
Aktyor gəncliyində SSRİ-Finlandiya müharibəsində və mühasirəyə alınan Leninqradın müdafiəsində iştirak edib. O, "İgidliyə görə" nadir və fəxri medal daxil olmaqla üç medal alıb. Yuri Nikulin heç vaxt aktyorluq təhsili almayıb. Lakin bu, onun sovet dövrünün ən istedadlı və tanınan kino aktyorlarından birinə çevrilməsinə mane olmayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1301 Tarix: 15 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabr