Sülhpərvər, antimilitarist "Yarımçıq Xatirələr" filmi - ARAŞDIRMA + VİDEO
Qarabağ müharibəsindən bəhs edən, döyüş ruhu ilə zəngin olan "Dolu" filminin rejissoru Elxan Cəfərov 2015-ci ildə "Yarımçıq xatirələr" filmini çəkib. Film İkinci Dünya müharibəsi veteranı Azərin ölümü ilə başlayır. Azər Qarabağdakı evini qorumaq üçün sonadək mübarizə aparıb həlak olan veterandır.
Vaxtilə İkinci Dünya müharibəsində əsir düşsə də, düşərgədən qaçmağı bacarıb. "Dolu" filmindən fərqli olaraq, "Yarımçıq xatirələr" sülhpərvər, antimilitarist filmdir. "Yarımçıq xatirələr"in qəhrəmanlarından biri veteran Azər də əslində pasifistdir. Təsadüfi deyil ki, ixtisasca rus dili müəllimi olan Azərin yarımçıq gündəliyi də antimüharibə, pasifst notlarla bitir. Sovet hakimiyyətinin dağıldığı dövrdə maddi böhran yaşayan sovet ordusunun zabitləri, əsgərləri erməni cəbhəsində muzdlu çalışırdı və onlardan biri Vanyanın əks tərəfdə çalışmasının əsas səbəbi kimi maddi çətinliklə üzləşməsi, müharibədən qazandığı pulla anasını əməliyyat etdirməsi niyyəti göstərilir.
Azərbaycanlı veteranı öldürdükdən sonra Vanya onun gündəliyindən bir fotoşəkil tapır. Həmin fotodan aydın olur ki, öldürdüyü veteran vaxtilə babası ilə çiyin-çiyinə ümumi düşmənə qarşı vuruşub. Vanya babası qarşısında borcunu yerinə yetirərək, veteranın meyitini azərbaycanlılara təhvil verməyə çalışır. Filmdə Səmədin musiqi həvəskarı olan alman zabiti üçün skripkanı kamança kimi çalması ən təsirli səhnələrdəndir. Səmədin ifası alman zabitini təsirləndirsə də, ona "düşmən" dediyi üçün Səmədi güllələyib öldürür.
Bu filmdə erməni obrazlarını gürcü aktyorlar canlandırıb. Filmin önəmli cəhətlərindən biri İkinci Dünya müharibəsi zamanında müsbət göstərilən erməni obrazı idi. Erməni snayper Jannanın rus zabiti Vanyaya vurulması onun içində insani hisslərin hələ ölmədiyini göstərir.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 698 Tarix: 15 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrAzərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
19 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabr