Əcnəbi turistləri regionlara necə yönəltməli? - ARAŞDIRMA

Əcnəbi turistləri regionlara necə yönəltməli? - ARAŞDIRMA"Ölkəmizdə şəhər turizmi kənd turizmindən xeyli irəlidədir. Əcnəbi turistlər bir qayda olaraq, gəzmək, tarixi yerlərlə, fərqli mədəniyyətlə tanış olmaq, həmçinin əylənmək arzusu ilə ailələri və uşaqları ilə daha çox paytaxt Bakıya səfər edirlər. Regionlardakı əcnəbi turistlərin sayı paytaxta nisbətən azdır".

Bəs bu azalmaların səbəbi nədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dövlətlər əyalətləri inkişaf etdirmək üçün müxtəlif səviyyələrdə səylər göstərirlər. Araşdırmalara görə, paytaxt şəhərlər ən çox səyahət edilən istiqamətlər olsa da, bu, get-gedə zövqə görə dəyişir. Artıq dünya ölkələri turistləri paytaxtda cəm etmək siyasətindən uzaqlaşaraq onların ölkə üzrə səyahətlərinin təşkilinə yönələn proqramlar həyata keçirirlər. Bu siyasət təkcə bölgə turizminin inkişafına dəstək olmur, həmçinin ölkənin bütün marşrutlar boyunca tanınmasına, təbliğinə xidmət edir. Nəticədə yeni iş yerləri yaranır, büdcəyə vergi daxilolmaları artır və s. Digər tərəfdən, istehlakçı vərdişlərinin dəyişməsi, texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etməsi turistin də portretini dəyişir. Buna görə də maliyyə dəstəyi tədbirləri ilə yanaşı, turizm məhsul və xidmətlərinin təşviqi üçün yeni vasitələrə ehtiyac yaranır. Regionlarla qarşılıqlı əlaqə belə vasitələrdən biridir.

Heç şübhəsiz, turistin diqqət və istiqamətini paytaxtdan regiona yönəltmək üçün təkcə tarixi memarlıq, zəngin mədəniyyət və ya rəngarəng mətbəx deyil, yaxşı infrastruktur - yeni yollar, hotellər, dayanacaqlar, emalatxanalar, kafe və restoranlar, təmiz sanitar qovşaqlar və s. xidmətlər də olmalıdır. Amma hələlik bizim ölkəmizdə şəhər turizmi kənd turizmindən xeyli irəlidədir. Əcnəbi turistlər bir qayda olaraq, gəzmək, tarixi yerlər, fərqli mədəniyyətlə tanış olmaq, həmçinin əylənmək arzusu ilə ailələri və uşaqları və ya dostları ilə daha çox paytaxt Bakıya səfər edirlər.

Rəqabətin gücləndirilməsinə ehtiyac var

Millət vəkili Vüqar Bayramovun "Facebook" sosial şəbəkə hesabında paylaşdığı "bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar" fikirləri bizim ölkəmizdə şəhər turizminin region turizmini üstələdiyi fikrini yenidən gündəmə gətirir: "Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir".

Millət vəkilinin fikrincə, paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır: "Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir". V.Bayramov hesab edir ki, bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır: "Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz".

Daha yaxşı infrastruktur yaranmalıdır
Ölkəmizin regionları turizmin inkişafı üçün əsl "qızıl mədəni"dir: gözəl mənzərələr, nadir tarixi abidələr, orijinallığını qoruyub saxlayan qəsəbələr, kəndlər, şəhərlər… Amma bu gözəl potensialdan tam istifadə olunurmu? Nəzərə alsaq ki, iqtisadiyyatın bir çox sahələri birbaşa və ya dolayısı ilə turizmlə bağlıdır, onda bu sahədə yeni inkişaf proqramları hazırlamağın vaxtının çoxdan çatdığına əmin olarıq.

Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam da xarici qonaqların sayının rayonlarla müqayisədə Bakıda daha çox olduğunu təsdiqləyir: "Bu məsələdə infrastruktur böyük rol oynayır. Həmçinin logistika mühüm əhəmiyyət kəsb edir. Regiona getmək üçün əvvəl Bakıya gəlmək lazımdır, daha sonra oraya maşın, avtobus və ya qatarla gedilə bilər. Rayonlarda təbii ki, gəziləcək və görüləcək çox yer var".

Sərhədlər açılandan sonra xarici turistlərin ayağı açılacaq

Ekspertlər hesab edirlər ki, potensial turistlərin diqqətini cəlb etmək, onların tələb və istəklərini təmin etmək üçün turizm bazarımızda rəqabətədavamlı məhsullar yaratmalıyıq. Bunun üçün hazırda qloballaşma dövründə, o cümlədən regional səviyyədə inteqrasiya sadəcə zəruridir.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov bölgələrdə də 2-3 ulduzlu hotellərin tikintisinə ehtiyac olduğunu bildirir: "Paytaxt hotellərindəki bəzi əlavə xidmətlər bölgələrdə də var. Bölgələrin digər üstünlüyü indiki mövsüm üçün gözəl təbiətə malik olmasıdır. Xüsusən şimal-şərq və şimal-qərb rayonları - Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı və cənub zonasının hotellərində boş otaq tapılmır. Düzdür, onlar əsasən yerli turistlərdir. Nəzərə almaq lazımdır ki, həm şimal, həm də qərb zonasından quru yollar da bağlıdır. Sərhədlər açılandan sonra xarici turistlərin də ayağı açılacaq". Turizmçinin sözlərinə görə, yerli turizm şirkətləri öz turpaketlərinə bölgələri də daxil ediblər: "Təbii ki, şəhərdə daha çox əcnəbi turist var. Bunun da əsas səbəbi hava limanının Bakıda olması ilə bağlıdır. Bölgələrdə əlavə hotellər inşa olunmalıdır. 2-3 ulduzlu hotellərin olması vacibdir. Ümumiyyətlə, həm Bakıda, həm bölgələrdə 2-3 ulduzluların inşasına ehtiyac var".

Kütləvi turizmin inkişafında 2-3 ulduzlu hotellərin rolu

Turizmçinin fikrincə, brend hotellərin 2-3 ulduzlu tipləri var ki, onların da inşasını bölgələrdə qurmaq və turistləri cəlb etmək olar: "Təbii ki, aşağı imkanlı turistlər üçün 2 ulduzlu hotellər olmalıdır. Bir ara hostellərin fəaliyyəti geniş yayılmışdı. Bunları da təbliğ etmək lazımdır. Kütləvi turizmin inkişafında 2-3 ulduzlu hotellərin rolu böyükdür. Dünya turizminin inkişaf etdiyi Türkiyə, İspaniya, Fransa kimi ölkələrdə təkcə konqres turizmi deyil, eyni zamanda kütləvi turizm də inkişaf edir. Fikrimcə, marketinqin tələbatı və təklifi bizim ölkəmizdə də buna imkan verəcək. Sadəcə, biz bir az gecikirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 644   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr