"Birlik ölkələri arasında əməkdaşlıq günü-gündən inkişaf edir" - DEPUTAT
"Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş" əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan MDB-nin işində hər zaman yaxından iştirak etməkdə maraqlı olub. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurası birlik ölkələri arasında beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən mühüm platformadır:
"Qeyd edək ki, Azərbaycanın birliyə daxil ölkələr arasında Ermənistan istisna olmaqla digər dövlətlərlə dostluq və qarşılıqlı maraqlara hörmət prinsipinə əsaslanan tərəfdaşlıq əlaqələri mövcuddur. Xüsusilə mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasına ev sahibliyi edən Qırğızıstanla Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Qırğızıstan sabit inkişaf edir. Qırğızıstanın son dövrdəki sosial-iqtisadi inkişafı bütün dost ölkələri sevindirir.
Millət vəkili qeyd edib ki, birlik ölkələri arasında humanitar sahə əməkdaşlığın mühüm istiqamətlərindən biridir:
"Azərbaycan bu istiqamətdə əməkdaşlığa böyük töhfə verir. Mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan 2025-ci ildə növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Beləki, Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyi dəstəklənib. Bu haqda cənab Prezident İlham Əliyev çıxışı zamanı deyib: "Üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq".
Dünyada çətin və mürəkkəb proseslər gedir və günü-gündən yeni gərginlik ocaqları yaranır. Bu baxımdan birlik ölkələrinin dünyada təhdid yaradan məsələlərdə birgə əməkdaşlıq etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan birlik ölkələri arasında əməkdaşlıq günü-gündən inkişaf edir"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1006 Tarix: 16 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabr