Qızları ilə birgə özünü binadan atan qadına cəza verilmədi
Yasamal rayonunda iki azyaşlı qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atan 26 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, məhkəmə istintaqının gedişində hadisənin baş verməsinə gətirib çıxaran detallar açıqlanıb.
İttihamda deyilir ki, A.Abbasova bir evdə yaşadığı qayınanası ilə mütəmadi olaraq dava edib. Sonuncu dava zamanı ona zərbələr endirib. Bundan sonra qayınanası bu haqda Rusiyada yaşayan oğluna - Aytənin əri Suslana zəng vurub gəlininin onun 60 illik yubileyini təbrik etmək əvəzinə dalaşdığını bildirib.
Anasının narahatlığına görə Suslan arvadına zəng vurub acıqlanıb, Bakıya qayıdacağını və onu cəzalandıracağını deyib. Bundan əsəbiləşən Aytən onlardan qisas almaq qərarına gəlib, özünü uşaqları ilə birlikdə binadan ataraq intihar etmək istəyib.
Həmin gün o, övladları ilə birlikdə özünü binanın 5-ci mərtəbəsindən yerə atıb. Nəticədə üç yaşlı S.A. ölüb, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.
Aytən Abbasova məhkəmədə hadisəni və əvvəllər nə danışdığını xatırlamadığını deyib:
"Heç nə yadımda deyil. Mən uşaqlarımla birgə intihar etməmişəm. Övladlarım yaşayır mənim".
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hadisə vaxtı yüksək, hiss həyəcan içində olduğunu, hazırda heç nəyi yadına sala bilmədiyini deyib.
Hökmə əsasən Aytən Abbasova hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında qeydə alınıb. A.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29 120.2.4 ( xüsusi amansızlıqla adam öldürməyə cəhd) və digər bənzər maddələrlə yekun ittiham verilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1576 Tarix: 16 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021