Gerbimizi hazırlayan Aleksandr Çaçba kimdir?

Gerbimizi hazırlayan Aleksandr Çaçba kimdir?Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində qeyd edilir:" Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Konstitusiyanın 23 maddəsinin 3-cü bəndində qeyd edilir ki:"Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Azərbaycan xalqı 1918-ci il mayın 28-də keçmiş Rusiya İmperiyasının dağıntıları üzərində öz müstəqilliyini elan edərək yeni müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Dövləti yaratdıqdan sonra yaradılan dövlətin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərin-Dövlət Bayrağı, Gerbi və Himnin layihələrinin hazırlanması Azərbaycan hökumətinin qarşısında duran başlıca vəzifələrdən birinə çevrildi. Hökumət vaxt itirmədən 23mart 1919-cu il tarixli qərarı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının Dövlət gerbinin və möhürünün layihəsinin tərtib edilməsi üzrə müsabiqə elan etdi. Layihələrin müsabiqəyə1919-cu ilaprelin 20-də təqdim edilməsi müəyyən edildi. Müsabiqəyə təqdim edilən ən yaxşı layihələr üçün 2 (iki) mükafat təyin edildi:

Birinci mükafat üzrə: gerb üçün-1min rub., möhür üçün-500 rubl; ikinci mükafat üzrə gerb üçün 500 rub; möhür üçün 250 rubl.

Lakin 1919-cu il aprelin 20-də keçirilmiş müsabiqəyə təqdim olunan layihələr çox guman ki,bəyənilmədiyinə görə qəbul edilmədi. "Azərbaycan" qəzetinin 14 noyabr 1919-cu il tarixli buraxılışında Azərbaycanın gerbi və himni haqqında dərc edilmiş məlumatda bildirilirdi ki, Azərbaycan Xalq Maarif Nazirliyi Respublikanın dövlət gerbi və milli himninin işlənib hazırlanması məsələsi haqqında mülahizələrini hökumətə təqdim etdi. Hökumətə təqdim olunmuş mülahizələrdə qeyd edilirdi ki, işlənib hazırlanmış ən yaxşı milli himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim edilməlidir.Ən yaxşı himn üçün mükafat olaraq 15000 min rubl müəyyən edilib. Müsabiqədə iştirak etməyi arzu edənləri daha çox cəlb etməkdən ötrü Bakı və Tiflis qəzetlərində müsabiqənin geniş işıqlandırılması nəzərdə tutuldu. Dövlət gerbinin layihəsinin hazırlanması Nazirlik tərəfindən hazırda Bakıda olan və öz əsərləri ilə,xüsusilə şərq ölkələrinin memarlığı, heykəltaraşlığı və rəssamlığına dair bilgiləri ilə böyük məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunması təklif edildi. Bəzi mənbələrdə bu təklifin M.Ə. Rəsulzadə tərəfindən edildiyi də qeyd olunur. Bəs görəsən Knyaz Aleksandr Şervaşidze(1867-1968)kimidir? Bu məqalə vasitəsilə Aleksandr Şervaşidzenin1919-1920-ci illərin müəyyən dövründə Bakıda yaşayıb fəaliiyyət göstərməsi haqqında məlumat təqdim edirəm.

İlk növbədə qeyd etmək lazımdır ki, Şеrvаşidzе - Çaçba, hakim abxaz knyazlarının soyadının gürcü formasıdır. Rəssam öz əsərlərini Şеrvаşidzе və yaxud Çaçba soyadı ilə imzalayıb. .Aleksandr Şervaşidze 1907-1918-illərdə Peterburq İmperator teatrında işləmiş və həyatını humanist ideallara həsr edib. Onun yaratdığı rəsmlər,qrafiq vərəqlər, çoxsaylı dekorasiya eskizləri, teatr səhnələri üçün kostyumlar, incəsənət əsərləri A.K. Çаçbаnı /Şеrvаşidzеni XX əsrin görkəmli mədəniyyət xadimi kimi xarakterizə edib. Lakin təəssüflər olsun ki, müəyyən səbəblər ucbatından əvvəllər nəşr olunmuş kütləv inəşrlərdə, ensiklopediyalarda knyaz Aleksandr Şervaşidze haqqında hər hansı bir məlumat dərc edilməyib. İnternet qaynaqlarında isə A.Şervaşidzeyə aid olan avtobioqrafik məlumatlarda onun1918-1920-ci illərin müəyyən dövrlərində Bakıda yaşayıb fəaliyyət göstərdiyi haqqında heç bir məlumat qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Dövlət Arxivinin müvafiq fondlarında saxlanılan sənədlər təsdiq edir ki, Aleksandr və onun qardaşı Vladimir Şervaşidzelər Bakıda yaşayıb fəaliyyət göstəriblər.Tarixi mənbələr təsdiq edir ki, A.Şervaşidze 1919-cu ildə Bakıda yaşayaraq uğurla fəaliyyət göstərib. Cümhuriyyət hökuməti hərbi ordenlərin, milli himn, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması haqqında 1920-ci il yanvarın 30-da qərar qəbul etdi. Həmin qərarın 1-ci bəndində qeyd edilirdi ki, 25 min rubl mükafatla ordenlərin layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi hərbi nazirə tapşırılsın.

Layihələrin əsas vəzifəsi Azərbaycanın müstəqillik simvoluna xidmət etmək idi. Qərarın 2-ci bəndində isə 50 min rubl mükafatla milli himnin, 25 min rubl mükafatla isə dövlət gerbinin və möhürünün layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi Xalq Maarif Nazirinə tapşırıldı. Hökumətin 30 yanvar 1920ci il tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması haqqında 1920-ci ilin fevralın 19da"Azərbaycan"qəzetində müsabiqə elan etdi.Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları layihələri mayın 1-dək möhürlənmiş zərflərdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməlidilər. Layihələr hazırlanarkən layihələrin hazırlanmasına əsas götürülən tarixi və siyasi şərait və səbəblərdə göstərilməli idi.

Qalib gəlmiş layihələr Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalının II ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi... Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi bunu mümkün etmədi. Həmin tarixi hadisələrin üzərindən 71 il keçdikdən sonra Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il fevralın 5-də "Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında" xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat təsis edildi. Qeyd edirəm ki,həmin dövrlərdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olundu.1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, o cümlədən knyaz Aleksandr Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. 1919-1920-ci illərdə A. Şervaşidze tərəfindən işlənib hazırlanmış qerb layihəsinə rəssam – dizayner Rafiq Məmmədov tərəfindən müəyyən düzəlişlər və təkmilləşdirmələr edildikdən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq edildi./BiG.AZ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 996   Tarix: 20 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəssabda ürəkbulandıran görüntülər! Hamısını insanlara satacaqdılar

Antalyada qida qalmaqalı: 55 kilo yararsız ət satışda aşkarlanıb, obyekt bağlanıb. Türkiyənin Antalya vilayətinin Serik rayonunda aparılan yoxlamalar zamanı ciddi qida təhlükəsizliyi pozuntusu üzə çıxıb. türk mediasına istinadən xəbər verir ki, bir qəssab dükanında istehlaka yararsız 55 kiloqram əti

10 aprel
.

"Azərbaycan-Litva münasibətlərində müşahidə olunan dinamika ölkəmizin beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir" - AÇIQLAMA

Azərbaycan və Litva energetika, kənd təsərrüfatı, müdafiə və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bu barədə "Report"a müsahibəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib. "Dünən kifayət qədər dolğun gün oldu: Prezident İlham Əliyev və Baş nazi

10 aprel
.

Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb

2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib. "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub. Məluma

9 aprel
.

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak

10 aprel
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər

9 aprel
.

Fatmayı bələdiyyəsinin sədrinin yalanı üzə çıxıb - 13 hektar sahə...

Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğa istinadən xəbər verir ki, torpaqları qanunla nəzərdə tutulan dəyərindən aşağı satmaqda təqsirləndirilən sədr barəsində cinayət işi məhkəməyə göndərilib. Belə ki, Abşeron rayonu

10 aprel
.

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı - 13 milyon dollar

Belarusun "Vitebsk Radiodetal Zavodu Monolit" ASC-nin direktorlar şurasının sədri Akif Qasımov Sankt-Peterburqda yerləşən keçmiş "Lennauçfilm" kinostudiyasının əmlak kompleksini satın alıb. Trend xəbər verir ki, bu barədə "Delovoy Peterburq" (DP) məlumat yayıb. Məlumat

10 aprel
.

"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı

9 aprel
.

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - Foto

Bakıda 31 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Lütfi Zadə küçəsində baş verib. Belə ki, Müzəffər İlham oğlu Aydınlı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, M.Aydınlı Səfərbərlik və Hərb

9 aprel