Akademiyanın kafedra müdiri vəfat etdi

Akademiyanın kafedra müdiri vəfat etdiAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası" kafedrasının müdiri, professor Nazim Məcidov vəfat edib.

Akademiyadan BAKU.WS-ə verilən məlumata görə, akademiyanın müəllimi 68 yaşında dünyasını dəyişib.

Məcidov Nazim Böyük-Ağa oğlu 1955-ci ildə Bakı şəhərində anadan olub.

1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada Lenin ordenli Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirib.

1989-cu ildə Moskva şəhərində Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığı elmi-tədqiqat istiqamətində namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb.

1993-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.

Uşaq yaşlarından cüdo ilə məşğul olan N. Məcidov sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışlarının qalib və mükafatçısı olub. 1980-cı ildən SSRİ İdman Ustasıdır. Məşqçilik fəaliyyətindəki uğurları dövlət tərəfindən yüksək qiymətləndirilib, 2001-ci ildə ona "Fəxri Bədən Tərbiyəsi və İdman işçisi", 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adı, 2010-cu ildə isə Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2021-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman Xadimi fəxri adları verilib.

Professor Nazim Məcidov 40 ildən artıq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışıb.

1979-1994-ci illərdə akademiyanın "Güləşmənin nəzəriyyəsi və metodikası" kafedrasında müəllim, baş müəlim, dosent vəzifəsində, 1994-2006-cı illərdə "İdmanın təkmübarizlik növləri" fakültəsinin dekanı, 2006-2016-cı illərdə Elmi işlər üzrə prorektor, 2016-cı ildən bugünədək "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası" kafedrasının müdiri vəzifəsində çalışıb.

Son illərdə akademiyada aparılan yenidənqurma işlərində fəal iştirak edib, "Onlayn Universitet" layihəsi çərçivəsində Akademiyada bütün kurslar üzrə imtahan-test suallarının hazırlanması komissiyasının və Azərbaycan Cüdo Federasiyasında məşqçilərin təkmilləşdirilməsi kurslarının rəhbəri olub.

100-dən çox elmi, elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 2 dərslik, 6 metodiki vəsait, 20 tədris proqramının və çoxlu sayda elmi məqalələrin müəllifidir.

Bununla yanaşı, bədən tərbiyəsi və idman sahəsində gənc elmi kadrların yetişdirilməsində də əməyi böyük olub. Onun elmi rəhbərliyi altında 47 tələbə magistr dissertasiyası müdafiə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 925   Tarix: 20 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Zeynəb Zamanovaya vəzifə verildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind

19 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy

18 sentyabr