"Dövlət ehtiyatlarını tənzimləyən hüquqi akt mövcud deyil"- Tahir Mirkişili
Azərbaycanda dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi akt mövcud deyil.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Aparılan təhlillər göstərib ki, strateji əhəmiyyət kəsb bu sahənin tənzimlənməsində hüquqi baza kifayət qədər inkişaf etdirilməyib. Belə ki, dövlət ehtiyatları üzrə vahid konseptual yanaşma mövcud deyil. Dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi mövcud normativ hüquqi aktlarda natamam tənzimlənir", - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, məhz bu çatışmamazlıqların aradan qaldırılması üçün ölkə Prezidenti Milli Məclisə "Dövlət ehtiyatları haqqında" qanun layihəsi təqdim edib.: "Sənəd 4 fəsil və 14 maddədən ibarətdir, dövlət ehtiyatlarının təyinatını və hüquqi statusunu, sistemini, dövlət ehtiyatına malların tədarükünü, yerləşdirilməsini, saxlanılmasını və buraxılmasını, həmçinin nəzarət və hesabatlılıq mexanizmlərini əks etdirir. Qanun layihəsində dövlət ehtiyatları strateji, fövqəladə və səfərbərlik ehtiyatları şəklində müəyyən edilib və onların hər birinin formalaşdırılması, idarəedilməsi mexanizmləri əks etdirilib. Layihənin hazırlanmasının əsas məqsədi ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması, eləcə də dövlət ehtiyatlarının yaradılması, saxlanılması, idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyən edilməsidir".
T.Mirkişili deyib ki, layihə hazırlanarkən "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunundan və sahəvi qanunvericilik aktlarından istifadə olunub: "Eyni zamanda layihənin hazırlanması zamanı xarici ölkələrin bu sahədə təcrübəsi araşdırılıb, onların müvafiq sahəyə dair qanunları təhlil edilib. Layihənin qəbul edilməsi ilə dövlət ehtiyatların yaradılması, yerləşdirilməsi, saxlanılması, buraxılması üzrə fəaliyyət təmin ediləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 658 Tarix: 20 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabr