Bakıda keçirilən neokolonializmə həsr olunmuş konfrans iştirakçıları Milli Məclisdə olublar

Bakıda keçirilən neokolonializmə həsr olunmuş konfrans iştirakçıları Milli Məclisdə olublarOktyabrın 21-də Milli Məclisin bir qrup deputatı ilə Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qismi arasında görüş olub.

Sonxeber.az xəbər verir ki, qonaqları salamlayan Milli Məclisin deputatı Tural Gəncəliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə dünən Bakıda keçirilmiş bu konfransın əhəmiyyətini vurğulayıb, onun dünyada hələ də bəzi ölkələr tərəfindən davam etdirilən müstəmləkəçilik siyasətinin qarşısının alınmasına verə biləcəyi töhfələrdən danışıb. Bildirilib ki, BMT tərəfindən neokolonializm qadağan edilsə də, Fransa bu gün hələ də bu siyasəti davam etdirir və bir sıra ölkələr Fransanın bu siyasətindən əziyyət çəkirlər. Tural Gəncəliyev qeyd edib ki, bu gün Fransa Cənubi Qafqazda da neokolonializm siyasətini həyata keçirməyə çalışır.

Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində toxunduğu mühüm məqamlar barədə danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyətinə və kolonializmlə mübarizəyə dair fikirlərini bölüşüb.
Görüşdə Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol, Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Uanabo, Yeni Kaledoniya parlamentinin üzvü Mariya Line Sakilya Fransanın onların ölkələrinə qarşı həyata keçirdiyi müstəmləkəçilik siyasəti, bu ölkənin onların təbii sərvətlərini talan etməsi, vətəndaşların öz ölkələrini tərk etməyə məcbur qalması, Fransanın keçirdiyi saxta referendumlar və digər məsələlər barədə fikirlərini bildiriblər. Qonaqlar Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Milli Məclisin deputatları Cavanşır Feyziyev, Azər Kərimli çıxış edərək bildiriblər ki, BMT Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Ümumbəşəri xarakterə malik olan həmin sənədə əsasən, heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd edildiyi müasir dövrdə Fransanın hələ də müstəmləkə siyasəti ilə məşğul olması hiddət doğurur. Deputatlar Bakıda keçirilən beynəlxalq konfransda kolonializmlə bağlı mübarizədə səslənən fikirlərin BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində qaldırılacağına inamlarını ifadə ediblər.

Görüşdə Milli Məclisin deputatları Kamal Cəfərov, Şahin İsmayılov, Müşfiq Cəfərov, konfrans iştirakçılarının bir qrupu və digər rəsmi şəxslər iştirak ediblər.
Bakıda keçirilən neokolonializmə həsr olunmuş konfrans iştirakçıları Milli Məclisdə olublarBakıda keçirilən neokolonializmə həsr olunmuş konfrans iştirakçıları Milli Məclisdə olublar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 852   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr