Erməni diasporu-erməninin ən böyük düşməni

Erməni diasporu-erməninin ən böyük düşməniAraşdırmalar göstərir ki, ABŞ erməni icmasının sayına görə dünyada birinci yeri tutur. Sayca bir çox diasporları geridə qoyan Amerika ermənilərinin bu gün üzləşdiyi problemlər daha ciddidir və bu yazıda onların bəzilərinə diqqət etməyə çalışacağıq. Təhlilçilər bildirirlər ki, ermənilərin yaşadıqları bütün ölkələrdə, o cümlədən də ABŞ-də parçalanma, siyasi marginallaşma və assimilyasiya təhlükəsinin daha da artığı açıq-aydın hiss olunur.

Analitik təhlillərə və sosioloji araşdırmalara görə ABŞ-dəki erməni diasporunun problemlərinin getdikcə dərinləşməsi erməni icmasının müxtəlif təbəqələri arasında rəqabət mühitini çirkinləşdirir, xüsusilə ənənəvi və müasir diaspor arasında qeyri-sağlam mühit yaradır. Əsasən siyasi prioritetlərlə bağlı "maraqların toqquşması"nın meydana çıxması diasporlar arasında əlaqələri tamamilə zəiflədir, qeyd olunan iki təbəqənin qarşılıqlı inteqrasiyası problemini aktuallaşdırır.

Müşahidələrə görə ABŞ-dəki kənardan güclü görünən erməni icmasının əslində praktiki olaraq fəaliyyət sahəsi xeyli daralıb və dolayısı ilə təsir imkanları da məhdudlaşıb.

Erməni icması hələ də əsas vəzifəsini erməni "soyqırımı"nın tanınması hesab edir. Onlar digər vəzifələrini, daha doğrusu "soyqırımın" tanınması və pislənməsi ilə müqayisədə ikinci dərəcəli vəzifələrini Qarabağla bağlayırlar.

Tarix göstərir ki, ABŞ-dəki erməni lobbi təşkilatları prezident seçkilərinə münasibətlərini də namizədlərin saxta soyqırımı iddiası ilə bağlı vədləri fonunda müəyyən edir. Prezidentliyə namizəd seçiləcəyi təqdirdə erməni icmasına "erməni soyqırımını" tanıyacağına söz verdiyi halda erməni lobbisi də ona dəstək vermək qərarına gəlir.

Demək olar ki, eyni ssenari illərlə təkrarlanır və zaman göstərir ki, əksər hallarda erməni icmasının ümidləri puça çıxır.

Nəhayət, unutmaq olmaz ki, lobbiçilik fəaliyyətinin imkanları hüdudsuz deyil. Lobbistlərin qarşıya qoyduqları məqsədlər dövlətin milli maraqları ilə toqquşduğu məqamda sərf olunan vəsait havaya sovrulmuş olur və bu məqsədlə edilən bütün səylər heçə enir. Araşdırmalar erməni diasporunun da aqibətinin məhz buna məhkum oluduğunu göstərir.

ABŞ-dəki erməni icması ilə bağlı bəzi məsələlərə daha dərindən nəzər yetirsək görərik ki, hazırda onların əsas problemlərindən biri assimilyasiya təhlükəsidir. Burada fəaliyyət göstərən erməni məktəbləri şəbəkə halı alıb, buna baxmayaraq, ermənişünaslıq mərkəzlərinin, ictimai-siyasi, xeyriyyə, mədəni və idman strukturlarının fəaliyyəti artıq qənaətbəxş sayılmır və onların gözlədikləri nəticəni vermir. Müşahidələrə görə klassik diaspor arasında erməni dili durmadan öz mövqeyini itirməkdədir. Hətta vəziyyət o həddə çatıb ki, erməni məktəblərində şagirdlər erməni dilində danışmaqda belə çətinlik çəkir, onu əsas dil planından çıxarmağa meyillənirlər.

ABŞ ermənilərinin başqa bir məsələnin şişrdilməsinə, daha doğrusu qarışıq nikahlara üstünlük vermələrinin müsbət tərəflərini qabartmalarına baxmayaraq, bu da erməni diasporunun əsas problemlərindən biri hesab olunur və assimilyasiyanı durmadan dərinləşdirir.

Bu ölkədəki erməni lobbisinin səyləri ilə "erməni soyqırımı" məktəb kurikulumunun Amerika tarixinə daxil edilib. Misal üçün Kaliforniyanı göstərmək olar. Analitiklər bunu əslində erməni kimliyinin əleyhinə işləyən amil hesab edir, bu və bunun kimi faktların erməni kimliyinin qorunub saxlanması nöqteyi-nəzərindən mənfi hal olduğunu qeyd edirlər.

Başqa bir məqama da diqqət çəkmək vacibdir. Ermənilərin dünyadakı ən "görkəmli" nümayəndələrindən biri sayılan Kim Kardaşyan illərdir ki, Türkiyəni təzminat ödəməyə məcbur etmək istiqamətində iş aparır. Lakin, o və onun kimilərin timsalında erməni diasporunun dünyada erməni maraqlarını lobbiləşdirilmək ideyasının iflasa uğradığını görməmək mümkün deyil. ABŞ statistik xidmətinin məlumatları Kim Kardaşyanın illik gəlirinin milyonlarla dollar dəyərində ölçüldüyünü göstərir. Forbes-in 2022-ci il üzrə hesabatında ümumi varidatının həcminin 1.8 milyard dollar olduğu bildirilən Kim Kardaşyan ötən il təkcə bir marka hesabına 500 milyon dollar civarında gəlir əldə etdiyini özü açqlamışdı. Bütün bunların fonunda Ermənistanda yaşayan əhalinin illik gəliri olduqca miskin görünür.

Bundan başqa bu günlərdə dünyaca məşhur brendin siması olan, milyonlarla vəsait əldə edən başqa bir erməninin terror təşkilatına qoşulmasını elan etməsi bir daha erməni diasporunun xarakterini açır və onların məşhur markalara deyil, terrorçu obrazına daha çox uyğun olduqlarını sübut edir.

Sual yaranır, dünyadakı, xüsusilə ABŞ-dəki erməni diasporunun ürəyi öz "tarixi vətəni" ilə bərabər vurursa, onların beynindəki "Böyük Ermənistan" xülyaları bitmək bilmirsə, nə üçün Ermənistanda səfil vəziyyətində, sosial gərginlik içində yaşayan ermənilərin həyat səviyyəsi ilə öz həyat səviyyələri arasındakı fərqi görmürlər? Nə üçün bu fərqi azaltmağa cəhd etmirlər? Niyə Ermənistan əhalisinin Cənubi Qafqazda təhlükəsiz mühitdə, sülh şəraitində yaşayan insanlara çevrilməsinə mane olurlar? Niyə "uğurlu" ermənilər Ermənistanda deyil, ABŞ-də, Avropada yaşayan ermənilərdir? Niyə erməni diasporunun milyonlara sahib olan üzvləri İrəvanı Cənubi Qafqazın ən gözəl şəhəri səviyyəsinə qaldıra bilmirlər?

Dünyadakı erməni icmasının ABŞ-də rahat və bahalı həyat sürən üzvləri Ermənistanda ağır şəraitdə yaşamağa, ən yaxın qonşusuna düşmən olmağa məcbur edilən sadə ermənilər üçün Azərbaycan vətəndaşlığının böyük fürsət anı olduğu barədə düşünürlərmi? Sualın cavabı çox sadədir - xeyir, düşünmürlər.

Bütün bu fakt və mülahizələr belə qənaətə gəlməyə əsas verir ki, erməninin ən böyük düşməni elə erməni diasporudur və indi xaricdəki erməni icmaları tarixinin "ən mühüm" missiyasını yerinə yetirir - Qarabağda "erməni xəyalları"nın iflasını uzaqdan izləmək missiyasını.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 885   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ senatoru Lindsi Qrem vəfat edib

ABŞ senatoru Lindsi Qrem vəfat edib. xəbər verir ki, bu barədə senatorun ofisi "X" və "Facebook" sosial şəbəkələrində bəyanat yayıb. "Şənbə günü, iyulun 11-də axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısamüddətli və qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Senator Qremi

12 iyul
.

"Çelsi"nin keçmiş sahibi vəfat etdi

İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına

12 iyul
.

İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub

ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin

12 iyul
.

Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya tələb edir

Ermənistanın Baş naziri Nikol Paşinyan öz partiyasından ("Mülki müqavilə") sabiq deputat Sofiya Ovsepyanı və "Yelk" parlament fraksiyası üzrə keçmiş həmkarı, "Maarifçi Ermənistan" partiyasının rəhbəri Edmon Marukyanı məhkəməyə verib. "Report" Ermənistan mediasın

11 iyul
.

Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind

12 iyul
.

Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd

12 iyul
.

ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb

İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu

11 iyul
.

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb

Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu

12 iyul
.

Dünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT

Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey

12 iyul