Mustafa Çiftçi: Təbii fəlakətlər nəticəsində Hatayda 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb
Türkiyənin Hatay vilayətində baş verən sel, torpaq sürüşməsi və uçqunlar nəticəsində 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Samandağ rayonunda itkin düşdüyü ehtimal edilən bir nəfərin axtarış-xilasetmə işləri isə fasiləsiz davam etdirilir.
Türkiyə daxili işlər naziri Mustafa Çiftçinin sözlərinə görə, mayın 20-22-də yağan güclü yağışlar Hatayın Antakya, Defne, Samandağ, Dörtyol və Reyhanlı rayonlarında ciddi sel və su basqınlarına səbəb olub:
"Vilayət üzrə ümumilikdə 1894 müraciət daxil olub. Bunlardan 1888-nin su basqını ilə bağlı olduğu müəyyən edilib. Hadisələrə müdaxilə məqsədilə 2 261 nəfərlik şəxsi heyət, 867 nəqliyyat vasitəsi və xüsusi texnika cəlb olunub.
Bundan əlavə, Kahramanmaraş, Qaziantep, Adana, Ankara, Malatya, Kilis, Osmaniye, Şanlıurfa, Niğde, Konya və Mersin vilayətlərindən suüstü və sualtı axtarış-xilasetmə qrupları, qayıqlar və dron dəstəyi Hataya göndərilib",- məlumatda vurğulanıb.
Nazir bildirib ki, güclü yağışlar səbəbindən 495 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub, 32 nəfər isə müvəqqəti sığınacaqlarda yerləşdirilib. Elektrik kəsintilərinin tam şəkildə aradan qaldırıldığı vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 386 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabr