Hər gün ət yemək ömrü uzadır? - Çin alimlərindən diqqətçəkən araşdırma
Çin tədqiqatçıları müəyyən ediblər ki, hər gün ət yemək çəkisi normadan az olan qadınların 100 yaşa qədər yaşama ehtimalını 44 faiz artırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Mk.ru" məlumat yayıb.
Bununla yanaşı, balıq, yumurta və ya süd məhsulları istehlak edən bəzi vegetarianlar da ətyeyənlər qədər yüz yaşa çatıblar.
Bu fakt göstərir ki, əsas məsələ birbaşa ət deyil, kifayət qədər zülal və kalori qəbuludur. Alimlər insanları balanslaşdırılmış qidalanmaya çağırır, lakin bütün yaş qrupları üçün universal qaydaların olmadığını da vurğulayırlar.
Qeyd olunur ki, insanlar əvvəlki dövrlərlə müqayisədə daha uzun yaşayırlar. Alimlərin proqnozlarına əsasən, 2050-ci ilə qədər 80 yaşdan yuxarı insanların sayı təxminən yarım milyarda çatacaq. Ömrün uzanması qismən qidalanmanın yaxşılaşması ilə əlaqələndirilsə də, yaşlılıq dövründə hansı qidaların daha uzun və sağlam həyat təmin edəcəyini mütəxəssislər hələ də araşdırırlar.
Çində 80 və daha yuxarı yaşda olan 5 mindən çox insan arasında aparılan araşdırma göstərib ki, rasionunda ət olan qadınların 100 yaşa çatma ehtimalı vegetarianlardan daha yüksəkdir.
Tədqiqatçılar məlumatları cinsə görə təhlil etdikdə kişilər arasında uzunömürlülük və vegetarianlıq arasında ciddi əlaqə aşkar etməyiblər.
Araşdırmalar pəhriz seçiminin uzunömürlülüyün əsas səbəblərindən biri ola biləcəyi fikrini dəstəkləyir.
Bəzi hesablamalara görə, 90 yaşa çatmağın 70 faizi sağlam həyat tərzi ilə bağlıdır. Digər məlumatlar isə yaşlı insanların mövcud tövsiyələrdən daha çox zülala ehtiyac duyduğunu göstərir. Bununla belə, qidalanma çox mürəkkəb tədqiqat sahəsidir və sağlamlıq nəticələrinə çoxsaylı sosial, ekoloji və fərdi amillər təsir göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 646 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə
19 noyabrGTA VI-nı dünyada ilk onlar oynadılar
Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, "Rockstar Games" oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olara
19 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç
21 noyabrFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabr