Kommunal ödənişlərin nağdsız qaydada toplanması problemi niyə həll olunmur?

Kommunal ödənişlərin nağdsız qaydada toplanması problemi niyə həll olunmur?Yeni tikili binalarda liftlərin, blokun qapılarının üzərində A4 vərəqində sakinlərə kommunalı ödəmədikləri halda liftin işləməyəcəyi, binaya verilən işığın dayandırılacağı ilə bağlı xəbərdarlıqlar tez-tez edilir. Demək olar ki, əksər çoxmənzilli binalarda belə elanlara rast gəlirik. Hətta bəzi hallarda xərclənən pulların "hesabatı" da A4 vərəqində qeyd olunub, qapıya yapışdırılır. Amma yenə də Mənzil Tikinti Kooperativləri (MTK) sakinlərdən narazıdır, sakinlər də MTK-lardan. MTK pulların ödənilməməsindən şikayətlənir, sakinlər toplanan pulların lazımi qaydada xərclənməməsindən. Hətta MTK-ların aylıq ödənişləri ürəyi istədikləri kimi artırdığını deyənlər də az deyil. Nəticədə çoxmənzilli binalarda "kommunal pulu" ilə bağlı problemlər həll olmur ki, olmur...

Ötən günlərdə MTK-ların binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplaması barədə qanun layihəsi hazırlanıb. Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib ki, artıq layihə dövlət qurumlarına təqdim edilib.

Maraqlıdır, kommunal ödənişlərin nağdsız qaydada toplanması uzun illərdir həlli tapılmayan problemə çarə ola bilərmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.Bu, vətəndaşın problemini həll etmir

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, pulların hansı qaydada ödənilməsinin mövcud problemlərlə əlaqəsi yoxdur:

"Təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Digər şəhərlərdə də yeni tikili binaların inşası davam edir. O binalarda işləyən xadimələrin, mühafizənin, digər işçi heyətinin və lift xərclərinin qarşılanması üçün mənzil sahiblərindən kommunal pulları yığılmalıdır. Bu, tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Hətta digər ölkələrdə əgər binalar fərdi şəkildə idarə olunursa, kommunal xərclər daha bahadır. Kommunal pulların nağd, yaxud nağdsız şəkildə ödənməsi vətəndaşın problemini həll etmir. Çünki vətəndaş hər iki halda bu pulu ödəyir".

Bir şəhərdə üç yanaşı idarəetmə sistemi

Mütəxəssis qeyd edib ki, MTK ilə vətəndaş arasındakı problemin kökü ödənilən pulda deyil, idarəetmədədir:

"Sakinlər toplaşaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratmalı, idarəetməni də özləri həyata keçirməlidirlər. Bakıda eyni ərazidə yeni tikili çoxmənzilli bina, tam yanında köhnə yaşayış binası, onun da yanında fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Yeni tikililəri komendantlar, köhnələri mənzil istismar idarələri, fərdi həyət evlərinin bir hissəsini isə bələdiyyələr idarə edir. Bir şəhərdə üç yanaşı idarəetmə sistemi var və heç biri effektiv deyil. MTK vətəndaşlardan kommunal pulu yığır, amma sadəcə öz həyətini təmizləyir, sakinlər köhnə binanın həyətində avtomobillərini saxlayırlar, hansı ki, o əraziləri də mənzil istismar idarələri təmizləyir və s. İdarəetmə düzəlməsə, pulların hansı formada yığılmasının keyfiyyətə təsiri olmayacaq. Narazılıq yenə olduğu kimi qalacaq".

Vahid idarəetmə sistemi qurulmalıdır

Mütəxəssisin sözlərinə görə, vahid idarəetmə sistemi qurmaq lazımdır:

"Bu sistem qurulmasa, əks halda binaların köhnəlməsi prosesi sürətlənəcək. MTK-ların yığdığı kommunal pulları yalnız həmin ay istifadə üçün bəs edir. Əksər çoxmənzilli binaların artıq dam örtüklərinin təzələnməsinə ehtiyac var, liftlər köhnəlib, fasad boyaları bərbad vəziyyətdədir. Çünki onların ümumi maddi texniki bazaları yoxdur. Yığılan pulların hər birindən bazaya pul yönəlməlidir ki, gələcəkdə lazım olan xərclər qarşılansın".
MTK-ların aldıqları aylıq xidmət haqları az deyil

Vergi mütəxəssisi Anar Bayramov bildirib ki, MTK-ya ödənilən xidmət haqlarının nağdsız qaydada olması təklifi kölgə iqtisadiyyatının aradan qaldırılması, dövriyyələrin dürüstləşdirilməsi məqsədi daşıyır:

"MTK-lar sakinlərdən aldığı xidmət haqlarından vergi ödəməlidirlər. Amma ödənişləri nağd qaydada aldıqları üçün həmin dövriyyələri gizlədir, bəyan etmir, vergilərini də ödəmirlər. Mənzil tikinti sektoru qeyri-neft sektoru arasında özünəməxsus dövriyyəsi olan sahələrdən biridir. Bakı şəhərində MTK-ların aldıqları aylıq xidmət haqları heç də az məbləğ deyil. Bu yığılmalar nağd şəkildə olduğu üçün dövlət büdcəsindən kifayət qədər pul yayındırılır. Əgər bu qanun qüvvəyə minərsə, əhali artıq ödənişlərini nağdsız qaydada ödəyəcək və həmin MTK-lar dövriyyələrini gizlədə bilməyəcək, vergilərini də ödəyəcəklər".

Sakinlər ödənişlərini məcburi qaydada edəcəklər

Vergi mütəxəssisi də ödənişlərin nağdsız olmasının bu sahədəki problemlərin həlli olmayacağını düşünür:

"Burada günah tək MTK-da deyil. Sakinlərin əksəriyyəti də ödənişləri etmək istəmirlər. MTK-nın təyin etdiyi məsul şəxs sakinlərdən xidmət haqlarını almaqda çətinlik çəkir. Pulu almaq üçün müəyyən vasitələrlə təzyiq göstərirlər. Hələ komendant tərəfindən bu ödənişin bank hesabına köçürülməsi şərti qoyulsa, ümumiyyətlə banka gedən olmayacaq. Amma qanun qüvvəyə minərsə, artıq bu, icbari xarakter daşıyacaq və sakinlər məcburi qaydada ödənişlərini edəcəklər".

Bina sakinləri MTK-lara etibar etmirlər

İqtisadçı ekspert Rauf Qarayev isə bildirib ki, MTK-da ödənişlərin nağdsız qaydada ödənilməsi fikri müsbətdir.

Mütəxəssisin sözlərinə görə, hazırda MTK-lar hüquqi boşluqlardan istifadə edib vətəndaşlardan xeyir güdmək üçün çalışırlar:

"Qanun qüvvəyə minsə, nağdsız ödənişlə MTK-lara nəzarət asanlaşacaq. İnsanlar var ki, nəinki kommunal, aldıqları evlərin ödənişini etsələr də, mənzillə təmin olunmayıblar. Bu faktlara görə bina sakinləri MTK-lara etibar etmir, ödədikləri vəsaitin düzgün xərclənəcəyini düşünmürlər. Bu səbəbdən də "kommunal pulu" problemləri hələ də davam edir. MTK-lara nəzarətin gücləndirilməsi həll yolu ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 983   Tarix: 22 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr