Yeni standart oyuncaq bazarında hansı dəyişikliklərə səbəb olacaq? - ARAŞDIRMA

Yeni standart oyuncaq bazarında hansı dəyişikliklərə səbəb olacaq? - ARAŞDIRMAİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən uşaq oyuncaqları ilə bağlı yeni dövlət standartı qəbul edilib. Bu qərar oyuncaq bazarında hansı dəyişikliklərə səbəb olacaq?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"İran istehsalı olan məhsulları satmırıq"

Oyuncaq satışı ilə məşğul olan Səyyah İsmayılovun sözlərinə görə, bəzən elə oyuncaqlar olur ki, rəngi çıxır. Amma onlar belə məhsulları satmırlar: "Oyuncaqları əsasən Çindən alırıq. Bu ölkədən gətirilən oyuncaqların keyfiyyəti çox yaxşıdır. Həm də oradakı malların heç birində toksik maddələr yoxdur. Ancaq İran məhsullarının tərkibində toksik maddələr çoxdur. Məsələn, elə oyuncaq var ki, əlini vurursan, sonra yemək zamanı səhvən əlini ağzına aparanda insanda müəyyən halsızlıqlar, başağrıları, ürəkbulanmaları başlayır. Bu, hələ böyük insan üçün olan simptomlardır, uşaqlar üçün isə daha təhlükəlidir. Ona görə də İran istehsalı olan məhsulları satmırıq. Əsasən taxta oyuncaqlara üstünlük veririk. Plastiklərdən isə Çin istehsalı olan oyuncaqlar daha keyfiyyətlidir, nəinki İran məhsulları. Çin istehsalçıları əvvəlcə oyuncaqların videosunu yayırlar. Çinin böyük şirkətlərinin səhifələri var və hansı oyuncağı istəsəniz haqqında video tapmaq mümkündür. Bu da onları daha güvənilir edir".

Bu oyuncaqlara qadağa qoyulmalıdır

Satıcının fikrincə, yerli oyuncaqlarımız daha keyfiyyətli idi, lakin baha olduğu üçün onları hər kəs sata bilmir: "Oyuncaq bazarında daha çox Çin məhsulları üstünlük təşkil edir. İran məhsulları o qədər də güclü yayılmayıb. Özümüzün yerli istehsalımız var idi. Sumqayıtda istehsal olunurdu. Hətta çox keyfiyyətli idi. Hazırda bilmirəm fəaliyyət göstərir ya yox, amma biz artıq satmırıq. Yeni qaydalardan sonra İrandan gələn oyuncaqlara qadağalar qoyulsa, daha yaxşıdır. Bu halda bazardakı oyuncaqlar daha təhlükəsiz olar".

Oyuncaq uşaqda fəsad yaratmamalıdır

Pediatr Gülnar Abdullayeva deyir ki, oyuncaq istehsalında bəzi məqamlara diqqət olunmalıdır: "Əgər oyuncaq doğru-düzgün istehsal edilməyibsə, onun kimyəvi tərkibi uşaqlarda allergiya yarada bilər. Oyuncaq istehsal olunanda diqqət etmək lazımdır ki, uşağın yuxarı tənəffüs yollarının allergiyasını oyadacaq, dərisini qıcıqlandıracaq kimyəvi maddələrdən istifadə edilməsin. Yəni allergik uşaqlar həmin oyuncaqlara toxunan zaman heç bir fəsad yaşamamalıdırlar".

"Qərar ləğv edildi, nəzarət itdi"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, 2021-ci ilə qədər bazarda satılan oyuncaqlara ciddi nəzarət olunurdu: "Oyuncaqlar sahəsində illərdir problemlər yaşanır. Əvvəllər Nazirlər Kabinetinin 343 saylı qərarı var idi. Bu qərar təhlükəsizliyi təmin olunan malların siyahısı ilə bağlı idi. Orada oyuncaqların əmtəə bazarına daxil olmazdan öncə yoxlanılması nəzərdə tutulurdu. 2021-ci ildə bu qərar ləğv edildi. Bundan sonra Çindən və digər ölkələrdən respublikamıza təhlükəli oyuncaqlar daxil olmağa başladı".

Oyuncaqları necə yoxlamalı?

E.Hüseynov qeyd edir ki, valideynlər özləri də oyuncaq alarkən diqqətli olmalıdırlar: "Bazarda uşaqlar üçün rəngi çıxan, qoxusu gələn oyuncaqlar var. Oyuncaqların istehsalında əsasən plastik kütlədən, rənglərdən istifadə olunur. Rəngləyici materialların tərkibində isə ağır metallar, qurğuşunlar olur. Bu da oyuncaqlar vasitəsilə kiçikyaşlı uşaqlara keçə bilir. Həmişə deyirik ki, oyuncaq alan zaman ağ tənzifi isladıb oyuncağa sürtmək lazımdır. Əgər rəngi çıxırsa, belə oyuncağı almaqdan uzaqlaşın. Mağazaya daxil olduqda oradan pis qoxu gəlirsə, belə oyuncaqlardan uzaq olun. Dartdıqda tükləri qopan, hissələri tökülən oyuncaqlar varsa, onları almaqdan imtina edin".

"Əvvəlki kimi fəaliyyət göstərsələr..."

Ekspert bildirir ki, əgər güclü nəzarət mexanizmi olarsa, oyuncaq bazarında irəliləyiş mümkündür: "Bu standartların ümumi oyuncaqlara şamil olunması üçün ayrıca texniki sənəd qəbul ediləcək. Həmin sənəddə bütün oyuncaqların təhlükəsizliyinə təminat verən tələblər öz əksini tapacaq. Yəqin ki, bunun üçün dövlət orqanları da müəyyənləşdiriləcək. Əgər effektli nəzarət mexanizmi həyata keçirilərsə, istehlakçı qismində uşaqların mənafeyi önə çəkilərsə, yoxlayan dövlət orqanları nəzarətdə fəal iştirak edərsə, ölkədə oyuncaqların təhlükəsizliyi təmin olunar. Əks halda, biznes qurumları azad bazar iqtisadiyyatının prinsiplərindən sui-istifadə edib əvvəlki kimi fəaliyyət göstərəcək, ciddi bir dəyişiklik baş verməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1291   Tarix: 22 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr