Ayrı-ayrı şəxslərin müalicəsi üçün niyə pul yığılır? - Agentlik məlumat yaydı

Ayrı-ayrı şəxslərin müalicəsi üçün niyə pul yığılır? - Agentlik məlumat yaydı"Vaxtaşırı müxtəlif xəbər portalları və sosial media vasitəsi ilə əhalidən ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsait toplanılır".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bəzi hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə müraciət etmək və burada icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququndan istifadə etmək əvəzinə səhhətləri ilə bağlı yaranan problemləri həll etmək üçün maliyyə yardımı toplamağa çalışırlar:

"Təəssüf ki, bəzən media mənsubları məsələni araşdırmadan, vətəndaşı tibbi xidmətlərdən istifadə etmək hüququnun olduğu barədə məlumatlandırmadan dəqiqləşdirilməmiş informasiyalar dərc edirlər. Məlumatların onlayn media məkanında tirajlanması cəmiyyətdə çaşqınlıq və cavabdeh qurumların fəaliyyətinə inamsızlıq yaradır.

Media nümayəndələrindən, vətəndaşlarımızdan bu kimi hallarla qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat vermələrini rica edirik. Vətəndaşlar Agentliyin "1542" Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən "Zəng sifariş et" və "Elektron müraciət" bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır və müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılır. Müvafiq tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə vətəndaşa ödənişsiz şəkildə göstərilməsi təmin edilir.
Qeyd edək ki, dəfələrlə qeyd edilən halların araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yardım toplayan şəxslərlə əlaqə saxlanılıb. Tələb olunan tibbi xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz göstərildiyi barədə məlumat verilib, müvafiq tibb müəssisəsində xidmətin təşkili təklif olunub. Bir çox hallarda vətəndaşlar təklif olunan tibbi xidmətdən əsassız olaraq imtina ediblər.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət ödənişsiz qarşılanır. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta hesabına aparılır. Həmin xidmətlərin sırasında sümük iliyi, böyrək və qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi, dirsək və çiyin oynaqlarının total dəyişdirilməsi və s. əməliyyatlar yer alır.

Vətəndaşlar icbari tibbi sığorta ilə tibbi xidmətlərdən ödənişsiz istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1363   Tarix: 26 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr