Gələn il maaşlar nə qədər arta bilər?

Gələn il maaşlar nə qədər arta bilər?Gələn il büdcədən maliyyələşən təşkilatlarda maaşların ödənilməsi üçün nə qədər vəsaitin xərclənəcəyi məlum olub.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünü açıqlayıb. Sənəddə qeyd edilib ki, növbəti ildə dövlət büdcəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.

Bəs 2024-cü ildə maaşlar nə qədər arta bilər?

Qeyd edilən göstərici hansı sahələrdə nə qədər əməkhaqqı artımlarının olacağını təfərrüatı ilə deməyə imkan verməsə də, müəyyən təsəvvür yaratmağa imkan verir. Belə ki, gələn il əməyin ödənilməsi xərclərinə yönəldiləcək vəsaitin məbləği cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat və ya 6 faiz çoxdur. Hərçənd ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu 8 milyard 497,2 milyon manatdır ki, bu da ötən il bu istiqamətdə xərclənən vəsaitdən 1 milyard 31,5 milyon manat çoxdur. Başqa sözlə, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə azdır.

Qeyd etmək lazımdır ki, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü ildə isə 15 faiz artırılaraq 300 manatdan 345 manata yüksəlib. Bu artımlar özündən əvvəlki illərdəki inflyasiya göstəricilərinə əsasən reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 6,7 faiz olsa da, illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.
2021-ci və 2022-ci illərdəki ikirəqəmli inflyasiya 2023-cü ildə birrəqəmli ilə əvəz olunmaqla əhalinin gəlirlərinin, o cümlədən əməkhaqlarının artımından əhəmiyyətli dərəcədə geridədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışanların məvacibləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artıb. Həmçinin yanvar-sentyabr aylarında əhalinin gəlirləri 13,8 faiz çoxalıb. Bu dövrdə orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub. Yanvar-sentyabr aylarında isə inflyasiya tempi azalaraq orta illik inflyasiya 10,9 faizə, illik inflyasiya 5,1 faizə enib. Bir sözlə, gəlirlərin artım tempi inflyasiyanı üstələməkdədir və ilin sonuna doğru getdikcə fərqin daha da artacağı istisna deyil.

2024-cü ildə isə orta illik inflyasiyanın 5,2 faiz olacağı proqnozlaşdırılır. Düzdür, ötən il də 2023-cü ildə inflyasiyanın 6,9 faiz olacağı proqnozlaşdırılmışdı. Lakin sonradan inflyasiyanın ilə ikirəqəmli göstərici ilə başlaması fonunda proqnoz rəqəmi də əvvəlcə 10,6 faizə, daha sonra isə 9,5 faizə dəyişdirildi. Eləcə də ötən il cari ildə orta aylıq əməkhaqqının inflyasiya səviyyəsinə yaxın - 7,1 faiz artacağı proqlaşdırılsa da, yanvar-avqust aylarının yekununda bu göstərici faktiki olaraq 11,3 faizə yüksəlib (bu rəqəmə özəl sektorda əməkhaqlarının leqallaşdırılmasının da təsir etdiyi istisna deyil).

Bu baxımdan gələn il orta aylıq əməkhaqqının cari ildəki göstəriciyə nisbətən 5,4 faiz artacağının proqnozlaşdırılması hələ yekun demək deyil. Bu mənada əməkhaqlarının aşağı olduğu sahələrdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə çalışanların məvaciblərinin artırılacağını təxmin etmək olar. Bundan başqa, müvafiq qiymətləndirmədən uğurla keçən müəllimləri də əməkhaqları artacaq şəxslərin sırasına əlavə etmək olar.

Lakin istənilən halda, 2024-cü ildə böyük əməkhaqqı artımı gözlənilməsə də, cari ilin sonu və növbəti ilin əvvəlində baş verə biləcək iqtisadi proseslərın artımla bağlı planları dəyişdirməsi mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1662   Tarix: 27 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr