Mina partlayışında iki ayağını itirən şəxs: "Əməliyyatda bir neçə dəfə ürəyim dayanıb" - FOTO
"Sankt-Peterburqda yaşayırdım, Tərtərə ailəmin yanına gəldim. Düşündüm ki, azad olunmuş əraziləri görüm, sonra qayıdım. Bu arzum iki ayağımı itirməyimə səbəb oldu… Əməliyyat zamanı bir neçə dəfə ürəyim dayanıb, həyata yenidən gəlmişəm".
Sonxeber.az xəbər verir ki, bunu APA-nın Qarabağ bürosuna oktyabrın 6-da Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşərək hər iki ayağını itirən Zaməddin Həsənov deyib.
Əslən Kəlbəcər rayonundan olan Zaməddin Həsənov ermənilərin işğal dövründə minaladığı əraziyə keçib, "Ərazi minalıdır!" lövhəsini görsə də, məhəl qoymayıb:
"Biz 1993-cü ildə Kəlbəcər işğal olunandan sonra Tərtərin Həsənqaya kəndində məskunlaşdıq. 30 ildir o kənddə yaşayırıq. Hər dəfə kənddən dağlara baxanda ürəyim titrəyirdi, Kəlbəcəri düşünürdüm.
Sankt-Peterburqda idim. Sentyabrın 24-də Vətənə gəldim, oktyabrın 15-də qayıdacaqdım. Dedim ki, torpaqlarımızı görüm, dağlara yaxından baxım. Beton kanal vardı, onun üstündəki cığırla gedib-gələcəyimi düşündüm. Elə ora ilə bir az getmişdim qabağa, güclü partlayış baş verdi. Partlayış dalğası məni havaya qaldırdı, yerə düşdüm, ayağa durmaq istədim, gördüm ki, yox, dura bilmirəm. Özümə gələndə gördüm ki, ayaqlarım yoxdur.
Başıma gələnlərdən sonra anladım ki, mina çox qorxuludur, heç nəyə, qocaya-cavana baxmayan əzrayıldır".
O, hadisə nəticəsində çox qan itirdiyini bildirib:
"Əməliyyata girəndə çox az faiz qanım olub. həkimlər yaxınlarıma deyiblər ki, 2 dəfə ürəyi dayanıb, bir də dayansa, əməliyyatdan sağ çıxmaya bilər. Hər an hər şeyə hazır olun. Şükür, sağ qaldım. Həkimlərin hər birinə təşəkkür edirəm ki, onların sayəsində yenidən həyata döndüm".
Zaməddin Həsənov azad olunmuş ərazilərə can atanları səbirli olmağa çağırıb:
"Ərazilərin minadan təmizlənməsini gözləmək lazımdır. Əks halda, onları da mənim taleyim gözləyir. Səbir etsəydim ayaqlarımı itirməzdim".
Z.Həsənovun müalicə aldığı Bərdə Mərkəzi Rayon Xəstəxanasının direktoru və əməliyyatda iştirak edən həkim Vüsal Məmmədov bildirib ki, xəsarət alan şəxs xəstəxanaya gətirilərkən, çox ağır vəziyyətdə olub.
Həkim əməliyyatın ağır keçdiyini, dəfələrlə ölümlə üz-üzə qaldıqlarını deyib:
"Əməliyyatda bir dəfə 3 dəqiqə, ikinci dəfə 5 dəqiqə civarında ürək ritmi dayandı. Filmlərdə gördüyümüz bir səhnə ilə qarşılaşdıq. Cərrahlar əllərini saxladılar. Amma ürək masajı ilə xəstənin həyatda qalmasına nail ola bildik".
Vüsal Məmmədov mina partlaması nəticəsində xəsarət alanları ölümdən xilas etməyin bir çox hallarda mümkünsüz olduğunu vurğulayıb:
"Odur ki, minalı ərazilərə üz tutanlar bu fikirdən daşınmalıdırlar. İnsanlarımıza qadağan olunmuş zonalara girməməyi tövsiyə edirik. Risk etmək, təhlükə ilə, ölümlə oynamaq olmaz".


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1534 Tarix: 27 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr