Deputat fahişəlik üçün cəzaların ləğvi barədə: "Başqalarını da şirnikləşdirər"
Milli Məclisin deputatı Tahir Kərimli fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklifinin əleyhinə olduğunu bildirib.
Sonxeber.az xəbər verir ki, bu barədə o, Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı danışıb.
"Fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklif edilir. Bunun qəti əleyhinəyəm. Ona görə ki, bu, başqalarını da şirnikləşdirər", - o deyib.
"Bizim Azərbaycan qadının xanım-xatın statusuna böyük xələl gətirər", - deputat əlavə edib.
Xatırladaq ki, fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklif edilir. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara "obyekt" kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması və fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif olunub./Modern.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 9495 Tarix: 27 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabr