"Mən ağsaqqalam" deyib, özünü çox düşük aparanlar var"
El arasında belə bir deyim var: "Ağsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar". Bu sözlər azərbaycanlıların həyatında əsas meyarlardan biri olub. Ağsaqqala, ağbirçəyə hörmət və ehtiram ta qədimdən türk dünyasının, o cümlədən bütöv Azərbaycanın milli mentalitetində özünə önəmli yer tutub.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu bildirib ki, zəmanə dəyişib, artıq nə böyüyə hörmət var, nə də ağsaqqal və ağbirçəyə:
"Bəzən problemləri, mənfi hadisələri görəndə deyirlər ki, əvvəllər də belə olub. Xeyr! Əvvəllər heç də bu cür olmayıb, o vaxt ağsaqqalın, ağbirçəyin, elin qınağı vardı. İndi bunu edən guya psixoloqlardır. Boş şeylərdir, hamısı efirlərə çıxıb pasiyent cəlb etməyə çalışırlar.
Onların danışığından belə çıxır ki, 10 milyonluq əhalinin 7 milyonunun psixoloqa ehtiyacı var. Azərbaycanda insanların psixoloqa deyil, ağsaqqala, ağbirçəyə ehtiyacı var. Təbii ki, ağsaqqal özü də bu xalqa nümunə olmalıdır. Mən kənddə böyümüşəm, amma bu gün kəndə gedəndə görürəm ki, ağsaqqalı heç it yerinə qoyan da yoxdur. Belə olan halda, hansı gənc mənfi xüsusiyyətlərini görüb onu dəyişdirməyə çalışar?".
Yazıçı Seyran Səxavət isə bildirir ki, qürub yaşına çatmış hər kəsə ağsaqqal zirvəsində dayanmaq nəsib olmur. Onun sözlərinə görə, yaşanmış illər, təkcə yaş faktoru bunun üçün kifayət etmir:
"Ağsaqqala hörmət yoxdur" sözünü hər kəsə, hər yerə şamil etmək olmaz. Baxır yerinə, görək ağsaqqala hörmət etməyən hansı nəsil, hansı tayfa, hansı genetik koddur, hansı kənddir. Amma bu fikir haradasa doğrudur, indi hər şey əvvəlki kimi deyil, bu sözlərdə həqiqət var, lakin "bu hər yerdə belədir" deyib ümumiləşdirmək də qətiyyən düzgün deyil. Hər nəsil eyni deyil, baxır insan hansı ailədə böyüyüb, necə tərbiyə alıb.
Haqq üçün demək lazımdır ki, hər ağsaqqal da eyni olmur. Yaşına baxıb "mən ağsaqqalam" deyib, amma özünü çox düşük aparan adamlar da var. Heç bir hörmətə, diqqətə layiq olmayan şəxslər var, onlara ağsaqqal demək olarmı?! İnanın səmimiyyətimə, əgər bu gün ağsaqqala hörmət azalıbsa, günahı elə ağsaqqalların özündə axtarmaq lazımdır. Kim olur olsun, lap qalınqabırğa biri olsa da, qarşısında ləyaqətli adam görəndə o, "sınır", avtomatik qarşısındakına hörmətlə yanaşır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11656 Tarix: 28 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr