"Elektron vəkil orderi" pilot layihə kimi tətbiq edilir
Cari ilin oktyabr ayının 27-də Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi, "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsinin tapşırıq üzrə qrup rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdən əvvəl qonaqlar mərkəzin inzibati binası ilə tanış olub, fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.
Daha sonra görüşü giriş sözü ilə açan VK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adından salamlayaraq, VK-da 2017-ci ilin dekabrından etibarən bütün sahələrdə aparılan köklü islahatların innovasiya tətbiqindən də yan keçmədiyini bildirib.
O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək VK tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində çoxsaylı işlər görülüb.
Sədr müavini VK tərəfindən başladılan "Elektron vəkil orderi" də daxil olmaqla, vəkillik sahəsindəki digər xidmətlərdə innovasiyaların tətbiqinin ötən ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsindən, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə əlaqəli xidmətlərin elektronlaşdırılmasının bütün tərəflər üçün faydalarından, təqdirəlayiq olmasından bəhs edib.
O vurğulayıb ki, artıq bu əməkdaşlıq çərçivəsində "Elektron vəkil orderi" bir vəkil bürosunda pilot layihə kimi başlanılıb, beş vəkil bürosunun isə yaxın günlərdə qoşulması gözlənilir. Bunun artıq özünü doğruldacağına ümid etdiyini deyən Ş.Məmmədov qısa zaman ərzində bütün respublikanı əhatə edəcəyini söyləyib.
Daha sonra E.Melis çıxışında VK ilə sıx əməkdaşlıqdan məmnun olduğunu və kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib.
Görüşdə kollegiyanın baş katibi Bayram Orucov, VK-nın üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev və "Professional IT" şirkətinin direktoru Emin Babayev həm ötən dövr ərzində, həm də birgə əməkdaşlıq çərçivəsində görülən işlərin hesabatlılığını təqdim edib, onların effektivliyini diqqətə çatdırıb, eyni zamanda, hər bir işin hansı mərhələdə olduğu barədə ümumi məlumat verib, o cümlədən layihə başa çatandan sonra da əməkdaşlığın davam edəcəyinə ümid etdiklərini dilə gətiriblər.
Görüşdə, həmçinin, bankın dəstəyi ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10483 Tarix: 28 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr