Deputat: "Ödənişli yolda radar sistemi quraşdırılmalıdır"
Hacı Zeynalabdin qəsəbəsindən başlayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək uzanan 150 kilometr uzunluğunda yeni ödənişli avtomobil yolunda radar olmaması təhlükə yaradır. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən də məlum olur ki, bəzi sürücülər radarın olmamasından sui-istifadə edərək sürət həddini 200-220 km/saatadək artırırlar. Bu isə faciəvi yol qəzalarını qaçılmaz edə bilər.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən məlumatda ödənişli yoldan istifadə edən vətəndaşların ünvana daha tez və maneəsiz çatacaqları bildirilib.
"Lakin nə qədər pullu xidmət olsa da, düşünürəm, həmin yolda sürət həddi müəyyənləşdirilməli, sürət həddini tənzimləmək üçün radar sistemi quraşdırılmalıdır. Elə maşınlar var, 260 km/saat sürətlə gedir, axı belə olmaz. Yəqin ki, yeni istifadəyə verildiyinə görə sözügedən yolda müəyyən qurğular hələ quraşdırılmayıb, nəzarət yoxdur. Amma bunsuz ola bilməz, mütləq olmalıdır. Hesab edirəm, tam formalaşandan sonra hər şey qaydasına düşəcək. Yolda az da olsa, müəyyən kəsişmələr var. Nəzarət olmasa belə, sürücülərimiz öz təhlükəsizliklərini qorumaq üçün qaydalara riayət etməlidirlər. Yolun tam nəzarətsiz olması mümkünsüzdür. Bu, məntiqli deyil", - deputat bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 710 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrBakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib
18 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrSabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2
18 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrAzərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
19 sentyabr