Xarici ölkələrə "turlar təşkil edən" şirkət rəhbəri insanları necə aldadıb? (TƏFƏRRÜAT)
Bakıda Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə və digər ölkələrə turlar təşkil etmək adı ilə vətəndaşları aldadan şirkət rəhbərilə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, barəsində cinayət işi açılan şəxs "Ecotravel" və "Eco Product" MMC-nin rəhbəri Ruslan Əsədullayevdir.
Aparılan araşdırma zamanı məlum olub ki, Ruslan Əsədullayev xeyli sayda insanı BƏƏ-nin Dubay şəhərindəki "Sheraton Grand" otelinə, Türkiyənin Alanya şəhərində yerləşən "Xafira Deluxe" adlı otelinə, Rusiyanın Sankt-Peterburq şəhərinə bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verərək aldatmaqla külli miqdarda pullarını mənimsəyib.
Ruslan Əsədullayev müxtəlif insanların tur təşkil etmək adı ilə pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi otel bron edilməsi barədə saxta sənədi zərərçəkmişlərə təqdim etməklə dələduzluq edib. Təqsirləndirilən şəxs pul aldığı müştəriləri inandırmaq üçün Əhməd adlı şəxs tərəfindən saxta bilet və viza hazırlayıb, onun mail adresinə göndərməsini istəyirmiş. Müştərilərin əksəriyyəti Heydər Əliyev adına Hava Limanına getdikdən sonra aldandıqlarını bilib və DİN-in "102" xidməti zəng mərkəzinə şikayətlər ediblər.
Ruslan Əsədullayev iz itirmək üçün "Ecotravel" MMC-nini qohumu Alyarov Cəmil Rövşən oğlunun, "Eco Product" MMC-ni isə qardaşı oğlu Əsədullayev Elçin Allahverdi oğlunun adına təsis edib.
Ruslan Əsədullayevin cinayət işində ən böyük zərərçəkmiş şəxs ləğv edilən Əmlak Komitəsinin Nərimanov rayon şöbəsinin Asif adlı keçmiş vəzifəli şəxsi olub. Ruslan Əsədullayev ondan "Ecotravel" MMC ilə şərikli iş qurmaq üçün 30 min manat alaraq mənimsəyib.
Məhkəmə işində Asif təqsirləndirilən şəxsdən deyil, Əmlak Komitəsinin Masallı rayon şöbəsinin keçmiş vəzifəli şəxsi, hazırda biznes fəaliyyəti ilə məşğul olan Mirəkbər Şükürovdan (soyad şərti) şikayətçi olub. O, Ruslan Əsədullayevi onunla Mirəkbər Şükürovun tanış etdiyini bildirib. Mirəkbər Şükürov Ruslan Əsədullayevi ona əmisi nəvəsi və işçisi kimi təqdim edib. Nəticədə pulları mənimsənilib. Mirəkbər Şükürovun rəhbəri olduğu şirkətin fəaliyyəti Belarus Respublikasından toyuq əti gətizidirib Azərbaycanda topdan satış yerlərinə satmaqdan ibarət olub.
Məhkəmənin qərarı ilə Ruslan Əsədullayev Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib. Təqsirləndirilən şəxsə qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1238 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabr