"İcra başçı elə davrandı, anama elə sözlər dedi ki..." - ŞİKAYƏT

"İcra başçı elə davrandı, anama elə sözlər dedi ki..." - ŞİKAYƏTAğdam sakini Cəsarət Məmmədov təqsiri olmadığı halda, işdən çıxarıldığını deyir. Onun sözlərinə görə, bu haqsızlığın cəzasını özü ilə yanaşı, 10 və 17 yaşlarında görmə və hərəkət məhdudiyyətli iki əlil övladı da çəkmək məcburiyyətində qalıb.

"Uşaqlarımın üzünə baxa bilmirəm. Belə insafsızlıq olar?!", – Ağdamın Quzanlı qəsəbəsində yaşayan Cəsarət Məmmədov Meydan TV-yə danışır.

"Rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, "səs-küy salırsan""

45 yaşlı Cəsarət Məmmədov "Azərsu" ASC-nin 5 nömrəli Regional Su-kanal İdarəsinin tabeliyindəki Ağdam su-kanal sahəsində sürücü işləyib. O, 2021-ci ilin dekabrında işdən çıxarılıb. Əmək Məcəlləsinin 70 (ç) maddəsilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla müqaviləyə xitam verilib.

Amma Cəsarət Məmmədov bununla razılaşmır:

"Həmin dövrdə atam vəfat eləmişdi. Yas üçün pul lazım idi deyə, atamın köhnə bir maşını vardı, onu satmaq istəyirdim. Onu adıma keçirmək üçün dekabr ayında iş yerində müdirimiz Zamin Əliyevdən şifahi şəkildə icazə alıb, Ağcabədiyə getdim. Çünki regional qeydiyyat idarəsi orada yerləşir. Orada məndən böyük məbləğdə rüşvət istədilər. Buna etiraz eləyəndə polislərdi deyə, tutub məni apardılar. Guya səs-küy salmışam. Bu əsasla da mənə 8 sutka cəza verdilər. Təsəvvür edin, rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, səs-küy salırsan. Nə isə, oradan çıxıb işə gələndə məni məcbur elədilər ki, işdən çıxmaq barədə ərizəmi yazım. Dedim, axı 8 gün işə gəlməməyim üzrsüz səbəbdən olmayıb? Ora gedəndə də icazə almışdım. Heç olmasa, töhmət verin. Baxmadılar, işdən çıxardılar…".

"Nə vaxtdır imkansızlıqdan uşaqların müalicəsini saxlamışıq"

O, 5 nömrəli Regional Su-kanal İdarəsinə qarşı işəbərpa tələbilə məhkəmədə iddia qaldırıb. Ağcabədi Rayon Məhkəməsinin hakimi Rəşad Nuriyev onun iddiasını təmin etməyib. Şirvan Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə müraciət etmə müddətini ötürdüyünə görə onun şikayətinə baxmayıb:

"Əvvəl məni hədələyirdilər ki, Regional İdarənin rəisi Zahid müəllimin yaxın qohumu DTX-da işləyir, sənin başına oyun açacaq. Sonra müxtəlif orqanlara şikayətlər elədim. Regionalın rəhbəri məni çağırdı ki, "get, sakit otur, səni bərpa edəcəyik". Vaxt keçdi, eləmədilər. Mən də bilmirəm ki, Ali Məhkəməyə şikayət vermək üçün müddət var. Sən demə, məni aldadıb, başımı qatırlar".

Məhkəmədə Su-kanal İdarəsinin hüquqşünası iddia edib ki, məsələ təkcə 8 sutkalıq həbs deyil, Cəsarət Məmmədov ümumiyyətlə, işinə səhlənkar və məsuliyyətsiz yanaşırdı.

Lakin Cəsarət Məmmədov ünvanına səslənən ittihamla razılaşmır:

"Guya mən idarənin maşınını dəfələrlə içkili idarə eləmişəm, buna görə məni polis saxlayıb. Araşdırsınlar, görsünlər ki, mənə maşını içkili idarə etməyə görə protokol yazılıb? Mənə o maşınla 3 dəfə 10 manatlıq protokol yazılıb, o da sürət həddini az keçib, radara düşdüyümə görə. Yazıblar ki, guya dekabrın 11-də mən iş yerinin maşınıyla avtomobili öz adıma keçirməyə getmişəm. Halbuki, ayın 11-də mən polis idarəsində təcridxanada olmuşam. Bunlar vəzifədən ötrü ki əlil uşağın haqqına girib, necə yalan danışırlar? Fikirləşmirlər ki, bizim yalanlarımız nəticəsində o uşaqlar nə vəziyyətdədir. Uşaqlara verilən pensiya heç yeməklərinə çatmır. Nə vaxtdır uşaqların müalicəsini saxlamışıq, onlara iynə-dərman eləyə bilmirik imkansızlıqdan. Anamın pensiyası da kreditlərə gedir. Elə ağır vəziyyətdəyik ki, deyiləsi deyil…".

"İnsan təhqiri həzm eləyə bilmir, ona görə intihara əl atdım"

O iddia edir ki, su-kanal sahəsindəki işini başqasına satıblar və bundan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun da xəbəri var. Cəsarət Məmmədovun sözlərinə görə, təxminən 2 ay əvvəl ailə üzvlərilə birlikdə icra başçısının yanına gedib, ağır vəziyyətdə olduqlarını ona izah etməyə çalışıblar:

"Elə davrandı, anama elə söz dedi ki, sentyabrın 6-da icra hakimiyyətindən qayıdandan sonra intihara cəhd elədim. Özümü asmışdım. İnsan təhqiri həzm eləyə bilmir. Məni təcili yardım vasitəsilə Ağdam xəstəxanasına aparıb, orada xilas elədilər. Ona görə intihara əl atdım. Xəstəxanada izahat alanda da dedim ki, icra başçısına görə olub. Sonra evə gəlib anamdan, yoldaşımdan izahat almışdılar. Bizə dedilər ki, prokurorluqda araşdırma gedir. Hələ ki, nəticə yoxdur".

İcra hakimiyyətinin vəzifəliləri cavab vermir, Su-kanal idarəsi isə qərarın əsaslı olduğunu iddia edir

Cəsarət Məmmədovun icra hakimiyyətində baş verənlərlə bağlı dediklərinə qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb. Çünki Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, o cümlədən icra başçısının özü və köməkçisi, müavinləri, vətəndaşların müciətlərilə iş şöbəsi və s. Meydan TV-nin zənglərinə cavab verməyib.

5 nömrəli Regional Su-kanal İdarəsinin məktubunda isə iddia olunur ki, Cəsarət Məmmədovun işdən çıxarılması üçün yetərincə əsaslar var:

"Cəsarət Məmmədov 11 dekabr 2021-ci ildə idarə etdiyi "Ford Carqo" markalı su maşını ilə adına avtomobil sənədləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin Ağcabədi Regional Qeydiyyat İdarəsində olarkən orada münaqişə yaradıb. Orada polis nəfərini təhqir etdiyi üçün 8 sutka həbs olunub. Dəfələrlə bu və başqa xarakterli əmək vəzifəsinin pozulması hallarına yol verib. Buna görə də Əmək Məcəlləsinin 70 ç maddəsilə əmək müqaviləsinə xitam verilib". /Qlobal.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1500   Tarix: 01 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr