Azərbaycanda şok olay: İntihar etdikdən 4 gün sonra 3 şirkət yaradıb?
Bu ilin may ayının 2-də hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev 149, m. 10-da yerləşən "Araf Corp Company" MMC (VÖEN – 1905612471) adlı şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfkari Eldar Məhərrəm oğludur.
MMC dövlət qeydiyyatına alındıqdan 2 gün sonra – 4 may tarixində ölkə mətbuatında Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 23-də yaşayan Əfkari Eldar Məhərrəm oğlunun yaşadığı evdə asılı vəziyyətdə meyitinin aşkarlanması barədə məlumat yayılıb.
Əfkari Eldar Məhərrəm oğlunun meyitinin aşkarlanması xəbərindən 4 gün sonra – 8 may tarixində hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40, m. 40-da yerləşən daha 3 MMC dövlət qeydiyyatına alınıb.
Qeyd olunan ünvanda qeydiyyata alınan "Perarina Trade" MMC (VÖEN – 1605124811), "Toranera Servis" MMC (VÖEN – 1605124941) və "Pakonme One" MMC-lərin (VÖEN – 1605124791) qanuni təmsilçiləri də Əfkari Eldar Məhərrəm oğlu olub.
Məlumat üçün qeyd edək ki, adları qeyd olunan MMC-lərin hüquqi ünvanlarında yaxın zamanlarda yüzlərlə şirkət qeydiyyata alınıb.
Daha əvvəl eyni ünvanda qeydiyyatda olan şirkətlərin müxtəlif tender müsabiqələrində qalib olduqları və daha sonra böyük həcmdə vergi borclarının yarandığı barədə məlumat vermişdik.
Eyni zamanda bu cür şirkətlərin qanuni təmsilçilərinin qeydiyyata alınan şirkətlər barədə məlumatsız olduqlarını da qeyd etmişdik.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2646 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrTahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabr