Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı
Bakı şəhər Nərimanov rayonu ərazisində orta məktəblərdən birinin yaxınlığında məktəbli qızlara qarşı əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış Füzuli rayon Dilağarda kənd sakini, 1981-ci il təvəllüdlü E. Səmədova (soyad şərtidir) hökm oxunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 5 il həbs cəzası verilib.
Məhkəmədə bildirilib ki, E. Səmədov Nərimanov rayonu ərazisindəki məktəbin yaxınlığında iki məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib. Təqsirləndirilən şəxs bu ilin 16 yanvar tarixində saat 13 radələrində 2008-ci il təvəllüdlü məktəbli qıza yaxınlaşaraq onu çiyin nahiyələrindən qucaqlayıb və cinsi əlaqədə olmağı təklif edib. 15 yaşlı qız qaçaraq yaxınlıqdakı mağazaya daxil olub. Elə həmin gün o yenidən məktəbin yaxınlığına gedərək bu dəfə 2012-ci il təvəllüdlü qıza qarşı oxşar hərəkətlər edib.
Hadisə barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat keçirilib və E.Səmədov Xırdalan şəhəri ərazisində dayısına məxsus sexdə yaxalanıb.
Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər oğurluq əməlinə görə məhkum edilib və xeyli müddət həbsdə qaldıqdan sonra azadlığa çıxıb. Onun boşanması, lakin anada qalan övladlarına görə təyin edilmiş alimenti ödəməməsi də müəyyən edilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Sabunçu rayonunda da məktəblilərə əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1198 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrTahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabr