Şuşanın telefon kodu neçədir? - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi "Aztelekom" MMC Şuşa şəhərində ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlayıb və şəbəkə quraşdırıb. Hazırda Şuşa şəhərində 99 abunəçi GPON texnologiyası xidmətlərindən yararlanır.
Bu haqda AZƏRTAC-a "Aztelekom" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva məlumat verib.
"Aztelekom" sözçüsü əlavə edib ki, Azərbaycanın digər şəhər və rayonlarından "026 26" kodunu yığmaqla Şuşa şəhəri ilə əlaqə saxlanıla bilər. Beynəlxalq danışıqlar zamanı isə "+994 26 26X XX XX" yığım formatı tətbiq olunur.
"Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Belə ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri seçən abunəçilər tək internet xidməti deyil, həm də "internet + telefoniya", "internet + televiziya (ikisi birində)" və "internet + telefoniya + televiziya (üçü birində)" paketlərini əldə edə bilərlər", - deyə Alidə Mustafayeva vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1164 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrTahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabr