"Poçt bağlaması" adı ilə pulunu ələ keçirdilər: Bakı sakini dələduzluğun qurbanı olub - VİDEO
"Bağlamanız anbara daxil olub, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmədi. Lütfən, linkdə ünvanınızı təsdiqləyin".
Sonxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, son günlərdə bəzi şəxslərə "Azərpoçt"un adından bu cür mesajlar göndərilir. Sonra isə həmin keçidə daxil olan şəxslərin kart hesabları istənilir və dələduzluq əməli törədilir.
Paytaxt sakini Fuad Soltanlı da belə dələduzluğun qurbanlarından biridir.
Onun sözlərinə görə, sifariş verdiyi məhsulun gəldiyini zənn edərək göndərilən mesaja reaksiya verib.
Bundan sonra bank kartındakı pullar qəfildən yoxa çıxıb.
Məsələ ilə bağlı "Azərpoçt" MMC-nin şöbə müdiri Afaq İbrahimova bildirilib ki, bu cür hadisələrlə bağlı təkcə şənbə və bazar günlərində quruma 100-dən artıq müraciət daxil olub.
"Azərpoçt" rəsmisi tövsiyə edib ki, vətəndaşlar hər hansı bir şübhəli mesajla qarşılaşdıqları halda, "169" çağrı mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət etsinlər.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 804 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabr