Zelenski sülh danışıqlarının şərtlərini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski digər ölkələrin sülh təşəbbüslərinə açıq olduğunu, lakin Rusiya Federasiyasına güzəştə getmək təkliflərini rədd etdiyini bildirib.
"Sizcə, niyə müharibə şəraitində olan, hücuma məruz qalan bir ölkə güzəştə getməyə hazır olmalıdır? Rus əsgərləri öz torpaqlarına getməlidirlər. Onlar getməlidirlər. Bu, müharibəni dayandırmağın əsl yoludur", - deyə Zelenski Nyu-Yorkda "Reuters NEXT" konfransında videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
"Əgər ərazilərimiz güzəşt olunsa, siz başqa regionlarda, başqa qitələrdə nə baş verə biləcəyini başa düşməlisiniz. Ondan sonra başqa ölkələrin əraziləri hər yerdə təhlükə altında olacaq", - prezident əlavə edib.
O qeyd edib ki, Ukrayna bütün səsləri - Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması niyyətində olan və Rusiyadan başqa bütün səsləri eşitməyə hazırdır. Xüsusilə, Kiyevdə Braziliya, ABŞ, Çin və Afrika ölkələrinin təkliflərini dinləməyə hazırdır.
"Sizinlə həmfikir ola bilərik, bu, normaldır. Yalnız bizim 10 bəndimiz (Ukrayna sülh formulu) doqma deyil. Amma bütün təkliflər bir ideyaya əsaslanmalıdır, əks halda biz heç vaxt həll yolunu tapa bilməyəcəyik", - deyə Ukrayna prezidenti bildirib.
ABŞ-də Ukraynaya hərbi və maliyyə yardımının mümkün azaldılması ilə bağlı müzakirələrdən danışan Zelenski qeyd edib ki, Respublikaçılar Partiyasının nümayəndələrinin bəzi bəyanatları, həqiqətən, təhlükəlidir:
"Təbii ki, xalqımız belə səslərdən qorxur".
Bununla belə, Zelenskinin sözlərinə görə, ABŞ xarici siyasətini dəyişsə belə, ukraynalılar mübarizəni davam etdirəcəklər:
"Biz sizsiz mübarizə aparacağıq, siz bizim xalqımızı başa düşməlisiniz: azadlıq bizim üçün ən vacib dəyərdir və onu heç kim əldən verməyəcək. Hətta böyük liderlər bizi buna sövq etməyə çalışsalar belə".
Mənbə: DW
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb