"Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir" - Kamilə Əliyeva

"Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir" - Kamilə Əliyeva"Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Ölkə başçımız eyni soykökə, ortaq mədəniyyətə, dilə malik türk dövlətlərinin birləşməsinə hər zaman böyük önəm verir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

O qeyd edib ki, ölkəmizin türk dövlətlərilə ticarət dövriyyəsi bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artıb:

"Əsası 2009-cu ildə Naxçıvanda qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2021-ci ildə İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına çevrildi. Artıq Türk Dövlətləri Təşkilatı dünyada nüfuzlu bir təşkilata çevrilmişdir. Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü keçirildi. Görüşün keçirilməsi təşkilata üzv və müşahidəçi dövlətləri arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində önəmli bir addımdır. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında iqtisadi, ticarət, humanitar, səhiyyə və bir çox sahələr üzrə əməkdaşlıq hər il artmaqdadır.
Zirvə görüşündə iştirak edən Prezident cənab İlham Əliyev Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərlə çoxtərəfli və ikitərəfli formatda iqtisadi əlaqələrin hər il artması, vətən müharibəsindən əvvəl və sonrakı dövrlərdə Ermənistanın qeyri-konstruktiv və təxribat xarakterli siyasət həyata keçirməsi, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə çıxış etdi.
Azərbaycan Türk Dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Həmçinin Azərbaycan - Özbəkistan İnvestisiya Fondu və Azərbaycan - Qırğıstan İnkişaf Fondu yaradılmışdır. Ölkəmizin türk dövlətlərilə ticarət dövriyyəsi bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artmışdır. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə Türkiyə və Avropa bazarları arasında əlaqələrin yaranması üçün tranzit ölkə olaraq öz ərazisində böyük, şaxələndirilmiş nəqliyyat - loqistika infrastrukturu yaratmışdır.
Son dövrlər dünyada gedən geosiyasi proseslər, müharibə, münaqişələr hər bir ölkə üçün böyük təhdidlər yaratmışdır. Bu təhdidlərin qarşısını almaq üçün Türkdilli dövlətlərin həm siyasi, həm də iqtisadi sahədə birlik nümayiş etdirmələri çox vacibdir. Çağdaş dünyamızda bir sıra imperialist ölkələr digər dövlətlərə qarşı güc siyasəti nümayiş etdirməyə çalışır. Prezident cənab İlham Əliyev Türkdilli dövlətlərin təhlükəsizlik, hərbi və hərbi-sənaye sahələrində əməkdaşlıq etmələrini və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin vacib olduğunu vurğuladı. Ölkə başçımızın bu və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olması barədə fikirləri üzv və müşahidəçi dövlətlər tərəfindən müsbət qarşılandı. Yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı dünya siyasətinə böyük təsir göstərə biləcək bir quruma çevriləcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 765   Tarix: 13 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr