Məhkəmədən avtomobil qəzasında həlak olan hərbçimizə şəhid statusunun verilməsi barədə QƏRAR
Bakı Apellyasiya Məhkəməsində Zahid Məmmədzayid oğlu Səlimova şəhid statusunun verilməsi ilə bağlı qərardan inzibati orqan tərəfindən verilən şikayətə baxılıb.
Bu barədə e-huquq.az-a iddiaçı tərəfin vəkili Əziz Qənbərli məlumat verib.
Onun sözlərinə görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
"Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov 2022-ci ilin may ayında hərbi hissəyə təminat aparan zaman Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirib. Qəzada həlak olduğuna görə ona şəhid statusu verilməyib. Ailəsi Zahidə şəhid statusunun verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Hakim Aysev Amazovanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Bundan sonra cavabdeh qurum apellyasiya şikayəti verib", - deyə vəkil bildirib.
Qeyd edək ki, Z.Səlimov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1085 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrAzərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
19 sentyabrSabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2
18 sentyabrBakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib
18 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabr