Bakıda "yaşıl soyqırım" – "İnvest.M Construction"la bağlı faktlar prokurorluğa göndərildi (FOTOLAR)
Nəsimi rayonunda "yaşıl soyqırım"la gündəmə gələn "İnvest.M Construction" MMC yenə də bu fəaliyyətini davam etdirir.
Qaynarinfo xəbər verir ki, şirkət bu dəfə də Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə ağacları qanunsuz kəsib.
Məlumata görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələdən xəbərdardır. Məsələ ilə bağlı müvafiq araşdırlmaların aparıldığı da bildirilir.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiq edib. "Sözügedən ərazi ilə bağlı "İnvest.M Construction" MMC-nin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üzrə layihə sənədləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəsisləri tərəfindən qiymətləndirilib və tikinti altına çox sayda yaşıllıq - 173 ədəd ağac və 37 ədəd kol düşdüyündən müraciətə ekoloji rəy verilməyib", - deyə o bildirib.
Mətbuat katibi qeyd edib ki, cari ilin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən adıçəkilən ərazidəki ağacların budanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Cavab məktubunda bildirilib ki, yaşıllıqlara aqrotexniki qulluq, həmçinin budama xidməti göstərilməsi ilə bağlı Nazirlik tərəfindən rəy verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bununla belə torpaq mülkiyyətçiləri tərəfindən aparılmalı olan budama işləri yalnız yaşıllıqların mühafizəsi və inkişafına xidmət etməlidir.
"Ötən müddət ərzində "İnvest.M Construction" MMC tərəfindən dəfələrlə tikinti işlərinin aparılmasına cəhd edilıb, bu zaman yaşıllıqların qanunsuz götürülməsi faktları aşkarlanıb. Təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər bir hal üzrə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib", - deyə Elnur Ağayev əlavə edib.
Həmin ərazidən 2021 və 2022-ci ildə çəkilən fotoları təqdim edirik. Fotolardan da aydın görünür ki, ərazidə yaşıllıq sözün əsl mənasında məhv edilib.
Xatırladaq ki, cari ilin may ayında "İnvest.M Construction" MMC-nin Mirəsəddulla Mirqasımov küçəsi 4 ünvanında ağacları kəsdiyi barədə məlumat yayılmışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1038 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr