"Gürcüstan hakimiyyəti Qərbin sifarişini uğurla həyata keçirir" - Sədrəddin Soltan
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanda narazılıq yaradan Fransanın Gürcüstan ərazisindən keçməklə Ermənistana zirehli texnika göndərməsinə münasibət bildirib.
O,Gürcüstanın hər iki ölkəyə öz tranzit marşrutlarından bərabər şəkildə istifadə etməyə icazə verdiyini və hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq, beynəlxalq müqavilələrə əsasən icazə verilən silahlar əldə etmək hüququ olduğunu deyib.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Sədrəddin Soltan bildirib ki , Gürcüstan hakimiyyəti Qərbin sifarişini uğurla həyata keçirir. Çünki 44 günlük müharibə dövründə Gürcüstan Rusiyadan gələn hərbi texnikanın Ermənistana keçməsinə icazə verməmişdi. Deməli, Gürcüstan Rusiyadan gələn silahın Ermənistan ərazisinə keçməsinə icazə verməyə bilirdisə, Fransadan gələn silahın da qarşısını almaq üçün maneə yarada bilərdi.
"Ermənistan qonşu ölkələrə ərazi iddiası etdiyindən onun silahlanması regionun təhlükəsizliyinin təhdid edilməsi ehtimalını artırır. Ermənistan təxminən 5-6 il öncə Cavaxetiyada, yəni Gürcüstan ərazisində etnik məsələləri qaldırmışdı və Gürcüstanın ərazi bütövlüyünü təhdid edirdi. Ermənistanın yenidən silahlanması Gürcüstanın ərazi bütövlüyünə təhdid deməkdir. Gürcüstan hakimiyyətinin verdiyi bəyanat qonşu ölkələrin, eləcə də regionun təhlükəsizliyinin nəzərə alınmamasıdır. Gürcüstan hakimiyyəti Qərbin sifarişini uğurla həyata keçirir. Çünki 44 günlük müharibə dövründə Gürcüstan Rusiyadan gələn hərbi texnikanın Ermənistana keçməsinə icazə verməmişdi. Deməli, Gürcüstan Rusiyadan gələn silahın Ermənistan ərazisinə keçməsinə icazə verməyə bilirdisə, Fransadan gələn silahın da qarşısını almaq üçün maneə yarada bilərdi. Bu, Gürcüstanın ayrı-seçkiliyidir və Azərbaycanın təhlükəsizliyinin nəzərə alınmamasıdır. Gürcüstanın bəyanatı atılmış yanlış addıma haqq qazandırmaq cəhdidir. Azərbaycan Gürcüstanla münasibətləri kəsməyəcək. Sadəcə olaraq bu, münasibətlərə kölgə salan hərəkətdir və Gürcüstana olan etimadı azaldır" ,- deyə siyasi şərhçi qeyd edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb