Dövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilib

Dövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidmətinin (DMX) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində "Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media" mövzusunda seminar keçirilib.
Media nümayəndələrinin miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə təşkil olunan tədbirdə DMX və MEDİA rəsmiləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Xidmət rəisi media nümayəndələri, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, miqrant icmaları və digər maraqlı tərəflər arasında ideya və təcrübə mübadiləsinin miqrasiya sahəsində çətinlikləri müəyyən etmək, innovativ metodlardan istifadə etmək, habelə miqrasiya siyasətində kompleks yanaşmanı təmin etmək üçün vacib bir vasitə olduğunu vurğulayıb. Medianın miqrasiya fenomeninin daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra Xidmət rəisi "Azərbaycanda miqrasiya idarəçiliyi" mövzusunda ətraflı təqdimatla çıxış edib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov birgə seminarda Azərbaycanda miqrasiya idarəçiliyi, bu sahədə əsas konseptlər, qlobal miqrasiya trendləri, Xidmətin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər, o cümlədən media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili ilə bağlı təqdim ediləcək çıxışların media təmsilçiləri üçün faydalı olacağını qeyd edib. Əhməd İsmayılov Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının artırılması və ixtisaslaşmasının təmin edilməsi üçün çoxsaylı təlimlərin həyata keçirildiyini və bugünkü birgə seminarın da sahəvi jurnalistikanın inkişafı istiqamətində xüsusi əhəmiyyətini vurğulayıb, seminarın işinə və hər bir iştirakçıya uğurlar arzulayıb.
Seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova, Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva, həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları - Aygül Abbaszadə və Elvin Məmmədov miqrasiya üzrə əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri, media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili, Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər mövzusunda təqdimatlarla çıxış ediblər.
Səmərəli müzakirələr mühitində davam edən seminarın sonunda xatirə şəkili çəkilib.
Dövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 774   Tarix: 16 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr