Gələn il pensiyalar bu qədər artacaq

Gələn il pensiyalar bu qədər artacaqCari ilin ikinci yarısından bəri növbəti ildə pensiyaların nə qədər artacağı ilə bağlı proqnozlarla qarşılaşırıq. Əslində isə növbəti ildə pensiyaların nə qədər artacağını proqnoz etmək o qədər də çətin deyil.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, pensiyaların indeksləşdirilərək artımı əvvəlki ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir.

Bununla da hər ilin əvvəlində ölkə başçısının müvafiq sərəncamı ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılır. Yəni əvvəlki il ölkə üzrə maaşlar orta hesabla neçə faiz artıbsa, pensiyalar da növbəti ildə həmin səviyyədə artır. Bu, o deməkdir ki, 2023-cü ilin sonunda orta əmək haqqı nə qədər artmış olsa, 2024-cü ilin əvvəlində də pensiyalar buna uyğun olaraq artacaq.

Maraqlıdır, bəs 2023-cü ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqı nə qədər arta bilər?

Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkə üzrə orta əməkhaqqı bu ilin yanvar-sentyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artıb. Artıq 5-ci aydır ki, orta aylıq əməkhaqqında artım 11 faiz səviyyəsindədir. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, əməkhaqları əsasən ilin əvvəlində artırıldığından artım göstəricisi də bu dövrdə formalaşır. İlin sonuna doğru getdikcə göstəricidə ciddi dəyişiklik olmur. Nəticə etibarilə 2023-cü il üzrə orta aylıq əməkhaqqında 11 faiz ətrafında artımın olacağını güman etmək olar.

Bu da o deməkdir ki, gələn il pensiyalar da bu səviyyədə indeksləşdirilərək artırılacaq. Məsələn, hazırda 400 manat pensiya alan şəxs gələn il 444 alacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyaları bu il olduğu kimi, gələn il də bu cür artırılacaq.

Minimum pensiya məbləğinə gəlincə, son 2 ildə (2022-ci və 2023-cü illər) bu göstəricidə artım olsa da, gələn il dəyişiklik gözlənilmir. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin verilməsi üçün ayrılacaq vəsait əvvəlki illə müqayisədə cəmi 14 faiz çoxdur.

Bu da pensiyalardakı artımın ancaq indeksləşmə əsasında artacağı ilə məhdudlaşacağını deməyə əsas verir. Bununla da 2024-cü ildə də əmək pensiyalarının ən aşağı həddi 280 manat təşkil edəcək. Lakin qeyd edək ki, gələn il minimum məbləğdə pensiya həmin il pensiyaya çıxacaq şəxslərə şamil olunacaq. 2023-cü ildə bu məbləğlə pensiyaya çıxan şəxslərin pensiyalarına gələn il indeksləşmə tətbiq ediləcəyindən onlarda artım olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6253   Tarix: 17 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr