Bulağa gedən qızı qaçıran şəxslərin cəzaları ağırlaşdırıldı
Gəncə Apellyasiya Məhkəməsində adam oğurluğunda, zorlamağa cəhd və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Samir Hüseynli, eləcə də onun qohumu və tanışları, adam oğurluğunda ittiham olunan - Saqif Əliyev, Qabil Məmmədzadə, Kənan Qurbanov, Namiq Əsədov, Nizam Səmədovun (hamısının ad-soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Samir Hüseynlinin dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası on ilə, digərlərinin isə iki il həbs cəzası səkkiz ilə qaldırılıb.
İttihama görə, hadisə 25 iyun 2021-ci il tarixdə Göygöl rayonu ərazisində qeydə alınıb. Samir Hüseynli evlənmək məqsədi ilə qohumu və tanışları - Saqif Əliyev, Qabil Məmmədzadə, Kənan Qurbanov, Namiq Əsədov, Nizam Səmədovla birgə rayon sakini Günay Məmmədovanı bulağa gedərkən qaçırıb. Sonra Samir qızı zorlamağa cəhd edib və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Hadisədən sonra həmin şəxslər saxlanılıb və cinayət məsuliyyətinə cəlb ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 832 Tarix: 17 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ
Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq
18 aprelMay ayının qeyri-iş günləri AÇIQLANDI
2026-cı ilin may ayı üçün qeyri-iş günləri məlum olub. Təqvimə əsasən, ay ərzində həm həftə sonları, həm də rəsmi bayramlarla əlaqədar bir sıra istirahət günləri nəzərdə tutulub. 5 günlük iş rejimi ilə çalışanlar üçün 2, 16, 23 və 30 may tarixləri şənbə günlərinə təsadüf etdiyindən qeyri-iş günüdür
19 aprelXalq artistinin qardaşı qızının meyiti tapıldı - 1 həftə əvvəl ölübmüş
Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb. ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor
17 aprelXƏBƏRDARLIQ! İnstensiv yağış yağacaq, dolu düşəcək - BU TARİXDƏ
Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı
18 aprelQubada 4 aylıq körpə EVDƏ ÖLDÜ
Quba rayonunda 4 aylıq körpə ölüb. -ın məlumatına görə, hadisə rayonun Rustov kəndində baş verib. Kənd sakini Emil Adıgözəlovun 4 aylıq oğlu evdə qəfil halı pisləşib və dünyasını dəyişib. Məlumata görə, körpə anadangəlmə ürək qüsurlu olub. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır
17 aprelİşdən çıxarılmasına səbəb olan şəxsi küçədə döydü
Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraat
17 aprelUşaq pulu ilə bağlı ŞAD XƏBƏR GƏLDİ
Son zamanlar Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilib-verilməməsi ilə bağlıdır. Cəmiyyətdə bu istiqamətdə fərqli fikirlər səslənir, əksəriyyət hesab edir ki, uşaqpulu tətbiq olunmalıdır. Hətta bəzi iddialara görə, yaxın illərdə bu istiqamətdə müəyyən addımların atılmas
18 aprelAzərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Azərbaycanda aprelin 19-25-də "İmmunlaşdırma həftəsi" keçiriləcək. Bu barədə -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qala
19 aprel