Gəncədə 6 min dolları və 40 min manatlıq qızıl oğurlayan qadın saxlanılıb - FOTO
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Sonxeber.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın saxlanılıb.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən şübhəli şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırmalar davam etdirilir.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1086 Tarix: 18 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrSabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2
18 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabr