İmtahan sualında yanlışlıq olub? - 98 nəfərin şikayətinə DİM-dən CAVAB

İmtahan sualında yanlışlıq olub? - 98 nəfərin şikayətinə DİM-dən CAVABNoyabrın 5-də Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vakant vəzifələr üçün elan olunmuş müsabiqənin test mərhələsindəki bir neçə tapşırıqla bağlı suallar yaranıb.

Bununla bağlı "Qafqazinfo"ya həmin test imtahanında iştirak edən bir neçə şəxs müraciət edib.

Vətəndaşların sözlərinə görə, iki variant üzrə ayrılmış sual kitabçalarının A variantında 77-ci, B variantında isə 69-cu sualda yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulur.

Sual belədir:

Yazıçı Anarın ssenari müəllifi olduğu film hansıdır?

A) "Nəsimi"

B) "Dədə Qorqud"

C) "Babək"

D) "Koroğlu"
Vətəndaşlar düşünürlər ki, bu sualın iki doğru cavabı ola bilər: "Dədə Qorqud" (1975) və "Nəsimi" (1971).

İmtahanda iştirak etmiş bu şəxslər cavab kimi "Nəsimi" variantını seçib. Lakin doğru cavab olaraq "Dədə Qorqud" götürülüb:

"Bu sualdan 98 nəfər şikayətçidir. Məsələ ilə bağlı DİM-ə müraciət də etmişik. Sualda bədii sözü yoxdur. Yalnız film sözü varsa, necə ola bilər ki, sənədli filmi yox, bədii filmi cavabı götürülür?! Bizə deyirlər ki, siz sualı oxuyanda bilməli idiniz ki, söhbət bədii filmdən gedir. Təəssüf olsun ki, sual kitabçası bizə verilməyib".

İmtahan iştirakçıların bir neçəsi deyir ki, bu cavabın səhv götürülməsi nəticəsində onlar ikinci tura keçə bilməyib:

"100 sualdan 3-də səhv var idi. Ən çox da bizə təsir edən məhz bu sualın cavabının səhv götürülməsi oldu. Sualın cavabının doğru olduğunu sübut etməkdən ötrü Yazıçılar Birliyinə də getmişik. Şəxsən Anar müəllimin köməkçisi ilə görüşmüşük. Onun özünə də bu barədə məlumat verilib".

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

"5 noyabr 2023-cü il tarixində dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanı keçirilib. İmtahan başa çatdıqdan sonra imtahanın nəticələri ilə bağlı namizədlərdən daxil olan müraciətlərin araşdırılması üçün Apellyasiya Komissiyası təşkil edilib. Komissiyaya daxil olan bütün müraciətlər araşdırılıb, namizədlərin müraciətlərinə müvafiq izahlar verilib.

30-dan çox suala yanlış cavab verərək keçid balını toplamayan bir qrup namizədin ümumi dünyagörüşü blokunda yer alan bir tapşırıqla bağlı müraciəti də araşdırılıb. Bu tapşırıqla bağlı namizədlərə imtahanla əlaqədar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilən proqram, vəsait və digər akademik nəşrlərdən nümunələr göstərilərək tapşırığın şərtinin tərtibində yanlışlığa yol verilmədiyi, eləcə də test metodologiyasına görə tapşırığın yeganə birmənalı doğru cavabının olduğu onlara izah edilib. Bu izahla razılaşan namizədlərlə bərabər, razılaşmayan namizədlər də olub və onlar növbəti mərhələdə ata biləcəkləri hüquqi addımlar haqda məlumatlandırılıblar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1599   Tarix: 18 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr